Bu, hələ başlanğıcdır – “Milan”ın yeni transferi

İtaliya kubokunun 1/4  final mərhələsində “Napoli”ni 2:0 hesabıyla məğlub edən “Milan”ın yeni transferi Kşiştof Pyatek, açıqlama verib.

Komanda.az xəbər verir ki, oyundakı hər iki qolun müəllifi olan 23 yaşlı forvard, bunun hələ başlanğıc olduğunu deyib:

“Belə bir oyun gözləyirdim. Oynamaq üçün hazır olduğumu demişdim. Hər iki qol fərqli, amma yaxşı alındı. Matçdan əvvəl necə oynamağa üstünlük verdiyimi komanda yoldaşlarıma bildirmişdim. İki qol vurdum, amma bu, hələ başlanğıcdır.

“San Siro”da oynamaq yaxşı hiss idi. Artiq “Roma” ilə növbəti oyunu düşünürəm. Ümid edirəm ki, bu oyunun da nəticəsi yaxşı olacaq”.