UEFA Millətlər Liqasında qrup mərhələsinə yekun vuruldu

Bu gün UEFA Millətlər Liqasında qrup mərhələsinin 6-cı – sonuncu turuna yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə 8 qarşılaşma keçirilib. C Liqasının 1-ci qrupunda yer alan Azərbaycan yığması da son oyununa dünən çıxıb. Canni De Byazinin rəhbərlik etdiyi kollektiv səfərdə Lüksemburqla qolsuz bərabərliyə razılaşıb. Qrupun digər matçında Kipr Monteneqro ilə qarşılaşıb. Bu oyunda darmadağına sevinən Monteneqro qrup qalibi olmaqla B liqasına yüksəlib.

A Liqasının 4-cü qrupunda İspaniya Almaniyanı qəbul edib. Almaniya yığması məğlub olmayacağı halda, qrupu lider olaraq bitirəcəkdi. Amma ispanlar bu komandanı 6 cavabsız qolla biabırçı məğlubiyyətə uğradıb. Qrupun digər oyununda Ukrayna ilə İsveçrə yığmaları üz-üzə gəlməli olsa da, bu görüş koronavirusa görə baş tutmayıb.

A Liqasının 3-cü qrupunda Xorvatiya – Portuqaliya və Fransa – İsveç matçları keçirilib. Bol qollu bu görüşdə Portuqaliya və Fransa yığmaları qələbə qazanan tərəf olub.

Qrup mərhələsinə bu gün keçirilən qarşılaşmalarla yekun vurulub.

B Liqasının 3-cü qrupunda yer alan Türkiyə yığması səfərdə Macarıstanla qarşılaşıb. Türklər bu oyunda qələbə qazansa və Rusiya yığması Serbiyaya məğlub olsa, Türkiyə millisi qrupu lider kimi tamamlayacaqdı. Lakin tam əksi olub və türklər uduzaraq qrup sonuncusu olublar.

A Liqasının 2-ci qrupunda İngiltərə İslandiyanı, Belçika isə Danimarkanı məğlub edib. A Liqasının 1-ci qrupu çərçivəsində Bosniya və Herseqovina – İtaliya və Polşa – Niderland matçları keçirilib. Bu oyunlarda da İtaliya və Niderland milliləri sevinən tərəf olub.

UEFA Millətlər Liqası, qrup mərhələsi, 6-cı tur

17 noyabr

A Liqası, 3-cü qrup

Fransa – İsveç 4:2
Qol
: Jiru, 17; 59. Pavar, 38. Koman, 90+5 – Klaesson, 5. Kayson, 88.

Xorvatiya – Portuqaliya 2:3
Qol
: Qol: Kovaçiç, 29; 65 – R.Dias, 52; 90+1. J.Feliks, 61.

A Liqası, 4-cü qrup

İspaniya – Almaniya 6:0
Qol
: Morata, 17. F.Torres, 33; 55; 71. Rodri, 38. Oyarzabal, 89.

İsveçrə – Ukrayna matçı təxirə salınıb

C Liqası, 1-ci qrup

Lüksemburq – Azərbaycan 0:0

Monteneqro – Kipr 4:0
Qol
: Yovetiç, 14. Bolyeviç, 25; 28. Muqoşa, 60.

D Liqası, 1-ci qrup

Andorra – Latviya 0:5
Qol
: Çernomordiys, 6. İkaunieks, 57; 60. Qutkovski, 70-pen. Krollis, 90-pen.

Malta – Farer adaları 1:1
Qol
: Guillaumye, 54 – Yonsson, 70.

D Liqası, 2-ci qrup

Cəbəllütariq – Lixtenşteyn 1:1
Qol
: Frommelt, 17-öz qapısına – Frik, 44.

18 noyabr

C Liqası, 4-cü qrup

Albaniya – Belarus 3:2
Qol
: Çikalleşi, 20; 27-pen. Manaj, 44 – Skaviş, 35. Ebonq, 80.

Qazaxıstan – Litva 1:2
Qol
: Aymbetov, 38 – Vorobyovas, 40. Novikovas, 90+4.

C Liqası, 2-ci qrup

Ermənistan – Şimali Makedoniya 1:0
Qol
: Hambardzumyan, 55.

Gürcüstan – Estoniya 0:0

A Liqası, 1-ci qrup

Bosniya və Herseqovina – İtaliya 0:2
Qol
: Belotti, 22. Berardi, 68.

Polşa – Niderland 1:2
Qol
: Jozvyak, 6 – Depay, 77-pen. Veynaldum, 84.

A Liqası, 2-ci qrup

İngiltərə – İslandiya 4:0
Qol
: Rays, 20. Mount, 24. Foden, 80; 84.

Belçika – Danimarka 4:2
Qol
: Tilemans, 3. Lukaku, 57; 69. De Breyne, 87 – Vind, 17. Şadli, 86-öz qapısına.

B Liqası, 1-ci qrup

Avstriya – Norveç 1:1
Qol
: Qrbiç, 90+4 – Zahid, 61.

Şimali İrlandiya – Rumıniya 1:1
Qol
: Boyse, 56 – Bikfalvi, 81.

B Liqası, 2-ci qrup

Çexiya – Slovakiya 2:0
Qol
: Souçek, 17. Ondraşek, 55.

İsrail – Şotlandiya 1:0
Qol
: Solomon, 44.

B Liqası, 3-cü qrup

Macarıstan – Türkiyə 2:0
Qol
: Siger, 57. Varqa, 90+5.

Serbiya – Rusiya 5:0
Qol
: Radonyiç, 10. Yoviç, 25; 45+1. Vlahoviç, 41. Mladenoviç, 64.

B Liqası, 4-cü qrup

İrlandiya – Bolqarıstan 0:0

Uels – Finlandiya 3:1
Qol
: Uilson, 29. Ceyms, 46. Mur, 84 – Pukki, 63.

C Liqası, 3 qrup

Yunanıstan – Sloveniya 0:0

Kosovo – Moldova 1:0
Qol:
Kastrati, 31.

Bombardir: Erlinq Haland (Norveç) – 6 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button