Türkiyə Rusiyaya qalib gəldi, İngiltərə Belçikaya uduzdu

Bu gün UEFA Millətlər Liqasında qrup mərhələsinin 5-ci turuna yekun vurulub.

Komanda.az xəbər verir ki, C Liqasının 1-ci qrupunda yer alan Azərbaycan milli komandası da növbəti oyununa çıxıb. Canni De Byazinin rəhbərlik etdiyi kollektiv Monteneqro yığmasıyla üz-üzə gəlib və qolsuz heç-heçəyə razılaşıb. Qrupun digər matçında Kipr Lüksemburqu qəbul edib. Üç qolluq matçda meydan sahibləri əzmkar qələbəyə seviniblər.

A Liqasının 4-cü qrupunda Almaniya Ukrayna ilə qarşılaşmadan qalib ayrılıbsa, İspaniya İsveçrə səfərindən 1 xalla dönüb.

A Liqasının 3-cü qrupu çərçivəsində Portuqaliya – Fransa və İsveç – Xorvatiya matçları keçirilib. Fransızlar səfərdən qələbə ilə dönüblərsə, xorvatlar məğlubiyyətə üzülüblər.

4-cü tura bu gün oynanılan qarşılaşmalarla yekun vurulub. C Liqasının 1-ci qrupunda Türkiyə yığması doğma meydanda Rusiyanı qəbul edib və əzmkar qələbəyə sevinib. Qrupun digər matçında Macarıstan Serbiya ilə üz-üzə gəlib. Bu oyun heç-heçə yekunlaşıb.

A Liqasının 1-ci qrupunda Niderland Bosniya və Herseqovinanı, İtaliya isə Polşa yığmasını məğlub yola salıb.

A Liqasının 2-ci qrupunda Danimarka – İslandiya və Belçika – İngiltərə matçları keçirilib. Danimarkalılar çətin qələbəyə sevindikləri halda, ingilislər Belçikadan məğlub ayrılıblar.

UEFA Millətlər Liqası, qrup mərhələsi, 5-ci tur

14 noyabr

D Liqası, 1-ci qrup

Malta – Andorra 3:1
Qol
: Qarsiya, 56-öz qapısına. Deqabriele, 59. Dimeç, 90+3 – Rebes, 3.

Latviya – Farer adaları 1:1
Qol
: Kamess, 59 – Vatnhamar, 60.

D Liqası, 2-ci qrup

18:00 San Marino – Cəbəllütariq 0:0

C Liqası, 1-ci qrup

Azərbaycan – Monteneqro

Kipr – Lüksemburq 2:1
Qol
: Kastanos, 34-pen; 71 – Kusulos, 5-öz qapısına.

A Liqası, 3-cü qrup

Portuqaliya – Fransa 0:1
Qol
: Kante, 54.

İsveç – Xorvatiya 2:1
Qol
: Kuluşevski, 36. Danielson, 45+2 – Danielson, 82-öz qapısına.

A Liqası, 4-cü qrup

İsveçrə – İspaniya 1:1
Qol
: Freuler, 26 – Moreno, 89.

Almaniya – Ukrayna 3:1
Qol
: Sane, 23. Verner, 33; 64 – Yaremçuk, 12.

15 noyabr

B Liqası, 2-ci qrup

Slovakiya – Şotlandiya 1:0
Qol
: Qrequş, 32.

Çexiya – İsrail 1:0
Qol
: Darida, 7.

C Liqası, 2-ci qrup

Şimali Makedoniya – Estoniya 2:1
Qol
: Triçkovski, 29. Stoyanovski, 68 – Sappinen, 52.

Gürcüstan – Ermənistan 1:2
Qol
: Vako, 65-pen – Qazaryan, 33. Adamyan, 86.

A Liqası, 1-ci qrup

Niderland – Bosniya və Herseqovina 3:1
Qol
: Veynaldum, 6; 14. Depay, 55 – Prevlyak, 63.

İtaliya – Polşa 2:0
Qol
: Jorjinyo, 27-pen. Berardi, 84.

B Liqası, 3-cü qrup

Türkiyə – Rusiya 3:2
Qol
: K.Karaman, 27. C.Ünder, 32. C.Tosun, 52-pen. – Çerışev, 11. Kuzyayev, 57.

Macarıstan – Serbiya 1:1
Qol
: Kalmar, 39 – Radonyiç, 17.

B Liqası, 4-cü qrup

Bolqarıstan – Finlandiya 1:2
Qol
: İliev, 68-pen – Pukki, 7. Lod, 45+1.

Uels – İrlandiya 1:0
Qol
: Bruks, 67.

C Liqası, 4-cü qrup

Albaniya – Qazaxıstan 3:1
Qol
: Çikalleşi, 16. İsmayli, 23. Manaj, 62-pen – Abiken, 25.

Belarus – Litva 2:0
Qol
: Yablonski, 5. Ebonq, 20.

A Liqası, 2-ci qrup

Belçika – İngiltərə 2:0
Qol
: Tilemans, 10. Mertens, 24.

Danimarka – İslandiya 2:1
Qol
: Eriksen, 12-pen; 90+1-pen – Kyartansson, 85.

B Liqası, 1-ci qrup

Avstriya – Şimali İrlandiya 2:1
Qol
: Şaub, 81. Qrbiç, 87 – Magennis, 75.

C Liqası, 3-cü qrup

Moldova – Yunanıstan 0:2
Qol
: Fortunis, 32. Bakasetas, 41.

Sloveniya – Kosovo 2:1
Qol
: Kurtiç, 63. İliçiç, 90+3-pen – Muriqi, 57.

Bombardir: Erlinq Haland (Norveç) – 6 qol.