Konfrans Liqası: “Roma” xal itirdi, “Tottenhem” qalib gəldi

Bu gün UEFA Konfrans Liqasında qrup mərhələsinin 4-cü turunun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycanın turnirdəki təmsilçisi “Qarabağ” da növbəti matçına bu gün çıxıb. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Qazaxıstanda “Kayrat”ın qonağı olub və qalib gəlib. Qrupun digər matçında Kipr “Omoniya”sı İsveçrə “Bazel”ini qəbul edib. Bu oyun heç-heçə bitib. Nəticədə “Qarabağ”la “Bazel”in növbəti mərhələyə vəsiqə qazanması rəsmiləşib.

İtaliyanın “Roma” komandası doğma meydanda Norveç “Bude-Qlimt”ini sınağa çəkib və xal itirib. Baş məşqçi postuna Antonio Konteni gətirən “Tottenhem” İngiltərədə Niderlandın “Vitess” komandasının müqavimətini çətinliklə qıra bilib.

Konfrans Liqası, qrup mərhələsi, 4-cü tur

B qrupu

Flora (Estoniya) – Anortosis (Kipr) 2:2
Qol
: Sappinen, 55. Zenyov, 58 – Kristofi, 29. Popoviç, 33.

Gent (Belçika) – Partizan (Serbiya) 1:1
Qol
: Tissudali, 80 – Uroseviç, 66.

H qrupu

Kayrat (Qazaxıstan) – Qarabağ (Azərbaycan) 1:2
Qol
: X.Kante, 68 – İ.Vadji, 58. A.Zubir, 72.

Omoniya (Kipr) – Bazel (İsveçrə) 1:1
Qol
: Kakulis, 16 – Milyar, 57.

A qrupu

Makkabi (Təl-Əviv, İsrail) – HJK (Finlandiya) 3:0
Qol
: Kuvas, 22. Linqman, 65-öz qapısına. Hozez, 90+3.

LASK (Avstriya) – Alaşkert (Ermənistan) 2:0
Qol: Nakamura, 12; 87.

C qrupu

Zarya (Ukrayna) – ÇSKA (Bolqarıstan) 2:0
Qol
: Zahedi, 87. Sayyadmaneş, 90+5.

Roma (İtaliya) – Bude-Qlimt (Norveç) 2:2
Qol
: El Şaaravi, 54. İbanes, 84 – Solbakken, 45+1. Botheym, 65.

D qrupu

Alkmaar (Niderland) – ÇFR (Rumıniya) 2:0
Qol
: Qudmundsson, 5. Pavlidis, 86.

Randers (Danimarka) – Yablonets (Çexiya) 2:2
Qol
: Mistrati, 46. Kubitsa, 53-öz qapısına – Kvankara, 73. Kratoxvil, 83.

F qrupu

Linkoln (Cəbəllütariq) – Slovan (Slovakiya) 1:4
Qol
: Çipolina, 45+3 – Qrin, 17; 25. Çavriç, 67. Mraz, 71.

PAOK (Yunanıstan) – Kopenhagen (Danimarka) 1:2
Qol
: Jivkoviç, 8 – Ankersen, 34. Byel, 50.

E qrupu

Yunion (Almaniya) – Feyenoord (Niderland) 1:2
Qol
: Trimmel, 41 – Sinisterra, 15. Dessers, 72.

Slaviya (Çexiya) – Makkabi (Hayfa, İsrail) 1:0
Qol
: Kuçta, 49.

G qrupu

Tottenhem (İngiltərə) – Vitess (Niderland) 3:2
Qol
: Son, 15. Lukas, 22. Rasmussen, 28-öz qapısına – Rasmussen, 32. Bero, 39.

Renn (Fransa) – Mura (Sloveniya) 1:0
Qol
: Bade, 76.

Bombardir: Harri Keyn (“Tottenhem”, İngiltərə), Yonas Vind (“Kopenhagen”, Danimarka) – 3 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button