“Tottenhem” uduzdu, “Roma” darmadağına sevindi

Bu gün UEFA Konfrans Liqasında qrup mərhələsinin 5-ci turunun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, H qrupunda yer alan Azərbaycan təmsilçisi “Qarabağ” Bakıda Kiprin “Omoniya” komandasını qəbul edib və heç-heçə ilə kifayətlənib. Qrupun digər matçında İsveçrənin “Bazel” komandası səfərdə “Kayrat”ın (Qazaxıstan) qonağı olub və qələbə qazanıb.

İngiltərənin “Tottenhem” komandası Sloveniya “Mura”sını sınağa çəkib. London klubu gözlənilməz məğlubiyyətlə üzləşib. Joze Mourinyonun rəhbərlik etdiyi “Roma”nın rəqibi isə Ukraynanın “Zarya” komandası olub. Romalılar 4 cavabsız qola seviniblər.

Konfrans Liqası, qrup mərhələsi, 5-ci tur

25 noyabr

H qrupu

Kayrat (Qazaxıstan) – Bazel (İsveçrə) 2:3
Qol
: V.Lav, 23. K.Hovanisyan, 56 – Artur, 45-pen. Jeqrova, 69. Kasami, 73.

Qarabağ – Omoniya (Kipr) 2:2
Qol
: P.Psaltis, 49-öz qapısına. P.Andrade, 88 – M.Duriş, 43. X.Qomes, 90.

B qrupu

Flora (Estoniya) – Partizan (Serbiya) 1:0
Qol
: Miller, 44.

Anortosis (Kipr) – Gent (Belçika) 1:0
Qol
: Kristodolopulos, 27.

A qrupu

HJK (Finlandiya) – Alaşkert (Ermənistan) 1:0
Qol
: Tanaka, 48.

Makkabi (Təl-Əviv, İsrail) – LASK (Avstriya) 0:1
Qol
: Horvat, 89.

E qrupu

Slaviya (Praqa, Çexiya) – Feyenoord (Niderland) 2:2
Qol
: Olayinka, 12. Kuçta, 66 – Dessers, 31; 90+3.

Makkabi (Hayfa, İsrail) – Yunion (Almaniya) 0:1
Qol
: Ryerson, 66.

F qrupu

Linkoln (Cəbəllütariq) – Kopenhagen (Danimarka) 0:4
Qol
: Yohannesson, 5. Lerager, 7. Bovinq, 63. Hoylund, 73.

Slovan (Slovakiya) – PAOK (Yunanıstan) 0:0

G qrupu

Renn (Fransa) – Vitess (Niderland) 3:3
Qol
: Labord, 9; 39; 69 – Huysman, 43. Buytnik, 75. Openda, 90.

Mura (Sloveniya) – Tottenhem (İngiltərə) 2:1
Qol
: Horvat, 11. Marosa, 90+4 – Keyn, 72.

C qrupu

Roma (İtaliya) – Zarya (Ukrayna) 4:0
Qol
: K.Peres, 15. Zaniolo, 33. Abraham, 46; 75.

Bude-Qlimt (Norveç) – ÇSKA (Bolqarıstan) 2:0
Qol
: Fet, 25. Botheym, 85.

D qrupu

Yablonets (Çexiya) – Alkmaar (Niderland) 1:1
Qol
: Kratoxvil, 7 – Evyen, 44.

Randers (Danimarka) – ÇFR (Rumıniya) 2:1
Qol
: Kamara, 68. Pyesinger, 76 – Deaç, 72.

Bombardir: Harri Keyn (“Tottenhem”, İngiltərə), Yonas Vind (“Kopenhagen”, Danimarka) – 3 qol.