“Neftçi”nin Avropa macərası rüsvayçılıqla bitdi

Bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinin cavab oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycanın turnirdəki təmsilçilərindən olan “Neftçi” də növbəti matçına çıxıb. “Ağ-qaralar” İsraildə Hayfa “Makkabi”sinin qonağı olub. “Sammi Ofer” stadionunda keçirilən görüşə saat 21:00-da start verilib.

“Neftçi”nin heyətində Yusuf Laval, Mamadu Mbodj və İsmayıl Zülfüqarlı cəzalı olduqları üçün bu oyunu buraxıb. “Makkabi”də isə itki yox idi. Qarşılaşma isə “Neftçi”nin rüsvayçı məğlubiyyəti ilə başa çatıb. Əvvəlcə UEFA Çempionlar Liqasından, ardından Avropa Liqasından qovulan Azərbaycan çempionu, Konfrans Liqasından da əliboş ayrılıb və avrokubok macərası başa çatıb.

Komandalar arasında Bakıda baş tutan ilk görüşdə 3:3 hesablı heç-heçə qeydə alınıb.

Konfrans Liqası, pley-off mərhələsi, cavab oyunu

26 avqust

Makkabi (Hayfa, İsrail) – Neftçi 4:0
Qol: S.Menaxem, 20. Ö.Atzili, 45+2. D.Haziza, 52-pen. M.A.Fani, 69.
Baş hakim: Aleksandar Stavrev (Şimali Makedoniya)
İlk oyun 3:3

Makkabi: 44. Coşua Kohen, 2. Rayan Streyn, 5. Boqdan Planiç, 7. Ömər Atzili, 8. Dolev Haziza, 10. Tyaron Çeri (k), 12. San Menaxem, 14. Joze Rodriqes, 16. Məhəmməd Abu Fani, 21. Din Devid, 24. Ori Dahan.
Ehtiyat oyunçular: 30. Ariel Barduqo, 77. Royi Fuks, 3. Şon Qoldberq, 4. Əli Məhəmməd, 9. Ben Sahar, 11. Qodsvey Donyo, 15. Ofri Arad, 18. Yuval Aşkenazi, 25. Yosef Raz Meyr, 26. Məhəmməd Jaber, 33. Maor Levi, 55. Rami Gerşon.
Baş məşqçi: Barak Baxar.

Neftçi: 30. Aqil Məmmədov, 4. Huqo Basto, 6. Voyislav Stankoviç, 8. Emin Mahmudov (k), 10. Sezar Meza Kolli, 11. Harramiz Suares, 14. Romen Bask, 19. Fəhmin Muradbəyli, 20. Mert Çelik, 29. Sabir Buqrin, 36. Mamadu Kane.
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 22. Mirabdulla Abbasov, 26. Ömər Buludov, 37. Vüsal Əsgərov, 70. Asim Əlizadə, 72. Emin Zamanov, 97. Xəyal Nəcəfov.
Baş məşqçi: Samir Abasov.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button