Çempionlar Liqasında qrup mərhələsinə yekun vuruldu

Futbol üzrə UEFA Çempionlar Liqasında qrup mərhələsinin sonuncu – 6-cı turuna yekun vurulub.

Komanda.az xəbər verir ki, baş tutan oyunlardan sonra daha 3 komanda – “Latsio”, “Leypsiq” və PSJ 1/8 finala adlayıb.

E qrupunda bütün yerlərin sahibləri öncədən bəlli olduğundan, son tur formal xarakter daşıyıb.

F qrupunda “Latsio” öz meydanında “Brügge” ilə məhsuldar heç-heçəyə razılaşsa da, bu, 1/8 finala vəsiqə üçün kifayət edib. Dortmund “Borussiya”sı “Zenit”i səfərdə məğlub edərək, bunu qrup birincisi kimi reallaşdırıb.

G qrupunda 1-ci yerin taleyinə “Yuventus”la “Barselona” arasında matç aydınlıq gətirib. Turindəki məğlubiyyətin əvəzini artıqlaması ilə çıxan “qoca sinyora” növbəti mərhələyə birinci pillədə yollanıb.

H qrupunda bir oyun keçirilib. Dramatik alınan matçda “Mançester Yunayted”ə qalib gələn “Leypsiq” mübarizəni davam etdirib. PSJ – “Başakşəhər” qarşılaşması isə ehtiyat hakimin irqçi ifadələri səbəbindən 14-cü dəqiqədə yarımçıq dayandırılıb. Buna baxmayaraq, PSJ-ni də 1/8 finalda hesab etmək olar. Çünki “Mançester Yunayted”lə xalları bərabər olan fransızlar şəxsi oyunlarda üstün olduğundan, “Başakşəhər”ə məğlub olsa belə, heç nə dəyişməyəcək.

“Krasnodar”dan sonra “Brügge”, Kiyev “Dinamo”su və “Mançester Yunayted” qrup üçüncüsü kimi mübarizəni Avropa Liqasında davam etdirmək hüququ əldə edib. Bu isə o deməkdir ki, növbəti mərhələnin artıq 12 iştirakçısı məlumdur.

Bu gün digər 4 qrupda son oyunlar keçirilib. D qrupunda liderliyini rəsmiləşdirən “Liverpul” “Midtyulland” səfərindən 1 xalla dönüb. İkinci yerin sahibi “Ayaks” – “Atalanta” oyunu ilə müəyyənləşib. Səfərdə minimal hesabla qalib gələn İtaliya klubu mərhələ adlayıb.

A qrupunda növbəti mərhələyə vəsiqə qazanan “Bavariya” “Lokomativ”i, “Zalsburq” isə “Atletiko”nu qəbul edib. Almaniya və İspaniya nəhəngləri bu oyunlarda inamlı qələbə sayəsində 1/8 finala vəsiqələri rəsmiləşdiriblər.

B qrupunda isə gərgin mübarizə gedib. Qrupun sonuncusu olan “İnter” “Şaxtyor”la qarşılaşıb. Bu oyun qolsuz yekunlaşıb. Lider “Borussiya” isə “Real”ın qonağı olub. İnamlı qələbə qazanan Madrid təmsilçisi qrup liderinə çevrilib. Buna digər oyundakı qolsuz heç-heçə şərait yaradıb. Nəticədə “Borussiya” da ikinci yerlə 1/8 finala adlayıb.

C qrupunun oyunları isə formal xarakter daşıyıb. Qrupun lideri “Mançester Siti” “Marsel”i məğlub edib. Növbəti mərhələyə vəsiqənin digər sahibi “Portu” isə “Olimpiakos”u səfərdə yenib.

Çempionlar Liqası, qrup mərhələsi, 6-cı tur

8 dekabr

F qrupu

Zenit (Rusiya) – Borussiya (Dortmund, Almaniya) 1:2
Qol
: Driussi, 16 – Pişçek, 68. Vitsel, 78.

Latsio (İtaliya) – Brügge (Belçika) 2:2
Qol
: Korrea, 12. İmmobile, 27-pen – Vormer, 15. Vanaken, 76.

E qrupu

Çelsi (İngiltərə) – Krasnodar (Rusiya) 1:1
Qol
: Jorjinyo, 28-pen – Kabella, 24.

Renn (Fransa) – Sevilya (İspaniya) 1:3
Qol
: Rutter, 86-pen – Kunde, 32. En Nesiri, 45+2; 81.

G qrupu

Barselona (İspaniya) – Yuventus (İtaliya) 0:3
Qol
: Ronaldo, 13-pen; 52-pen. Makkenni, 20.

Dinamo (Kiyev, Ukrayna) – Ferentsvaroş (Macarıstan) 1:0
Qol
: Popov, 60.

H qrupu

Leyptsiq (Almaniya) – Mançester Yunayted (İngiltərə) 3:2
Qol
: Anxelinyo, 2. Haydara, 13. Kluyvert, 69 – B.Fernandes, 80-pen. Poqba, 82.

PSJ (Fransa) – Başakşəhər (Türkiyə) 5:1
Qol
: Neymar, 21; 38; 50. Mbappe, 42-pen; 62 – M.Topal, 57.

9 dekabr

D qrupu

Ayaks (Niderland) – Atalanta (İtaliya) 0:1
Qol
: L.Muriel, 85.

Midtyulland (Danimarka) – Liverpul (İngiltərə) 1:1
Qol
: Şolts, 62-pen – Salah, 1.

A qrupu

Bavariya (Almaniya) – Lokomotiv (Moskva, Rusiya) 2:0
Qol
: Sule, 63. Çupo-Motinq, 80.

Zalsburq (Avstriya) – Atletiko (İspaniya) 0:2
Qol
: Hermoso, 39. Karrasko, 86.

B qrupu

İnter (İtaliya) – Şaxtyor (Donetsk, Ukrayna) 0:0

Real (İspaniya) – Borussiya (Münhenqladbax, Almaniya) 2:0
Qol
: Benzema, 9; 32.

C qrupu

Mançester Siti (İngiltərə) – Marsel (Fransa) 3:0
Qol
: Torres, 48. Aquero, 77. Sterlinq, 90.

Olimpiakos (Yunanıstan) – Portu (Portuqaliya) 0:2
Qol
: Otavio, 10-pen. Uribe, 77.

Bombardir: Alvaro Morata (Yuventus), Markus Reşford (Mançester Yunayted), Erlinq Haland (Borussiya D), Neymar (PSJ) – 6 qol.