“Bavariya” və “Mançester Siti” də 1/8 finalda

UEFA Çempionlar Liqasında qrup mərhələsinin 4-cü turuna yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə E, F, G və H qrupunun oyunları keçirilib.

Baş tutan qarşılaşmaların ardından 1/8 finala vəsiqə qazanan ilk 4 klub müəyyənləşib.

E qrupunda müvafiq olaraq “Krasnodar” və “Renn” səfərindən minimalhesablı qalibiyyətlə dönən “Sevilya” ilə “Çelsi” növbəti mərhələyə vəsiqəni rəsmiləşdiriblər. Son iki tur yalnız qrup birincisinin və Avropa Liqasına yollanacaq komandanın kimliyinə aydınlıq gətirəcək.

Dortmund “Borussiya”sı ilə “Latsio” yer aldıqları F qrupunda asan qələbə qazanaraq ilk iki pillədəki yerlərini möhkəmlədiblər. Bu iki klubdan ən azı birinin turnirdə yoluna davam edəcəyini əminliklə söyləmək olar. Çünki “Zenit” üçün ÇL-də mübarizənin qrupda başa çatacağı dəqiqləşib.

G qrupunda da 1/8 finalın hər iki iştirakçısı bilinib. Lider “Barselona” yoluna itkisiz davam edib. Kiyev “Dinamo”sunu səfərdə məğlubiyyətə uğradan kataloniyalılar növbəti raunda vəsiqəni təmin ediblər. “Yuventus” isə öz meydanında “Ferensvaroş” üzərində əzmkar qələbə qazanmaqla, “Barsa”ya yoldaş olub.

“Mançester Yunayted” ötən turda Türkiyədə uduzduğu “Başakşəhər”dən revanş alıb. H qrupunun digər oyununda PSJ “Leypsiq”ə qalib gələrək ikinci pilləyə yüksəlib.

Turnirin son qalibi “Bavariya” “Zalsburq” üzərində qələbə qazanıb. İtkisiz irəliləyən Almaniya klubu 1/8 finala vəsiqəni təmin edib. A qrupunun digər matçında “Atletiko” “Lokomotiv”in müqavimətini qıra bilməyib.

B qrupunda Münhenqladbax “Borussiya”sı “Şaxtyor”u darmadağın edib. Turnirə uğursuz başlayan “Real” isə “İnter” üzərində qələbə ilə ikinci sıraya yüksəlib.

“Olimpiakos”un qonağı olan “Mançester Siti” ardıcıl 4-cü dəfə qalib gələrək 1/8 finala yüksəlib. Məğlubiyyətləri sıralayan Marsel “Olimpik”i bu dəfə “Porto”ya 3 xal sevinci yaşadıb.

D qrupunun lideri “Liverpul” ilk xal itkisinə “Atalanta” ilə görüşdə üzülüb. “Midtyulland” üzərində qələbə “Ayaks”in ikinci pilləni qoruması üçün yetərli olub.

Çempionlar Liqası, qrup mərhələsi, 4-cü tur

24 noyabr

E qrupu

Krasnodar (Rusiya) – Sevilya (İspaniya) 1:2
Qol
: Vanderson, 56 – Rakitiç, 4. El Haddadi, 90+5.

Renn (Fransa) – Çelsi (İngiltərə) 1:2
Qol
: Jirassi, 85 – Hodson-Odoi, 22. Jiru, 90+1.

F qrupu

Latsio (İtaliya) – Zenit (Rusiya) 3:1
Qol
: İmmobile, 3; 55. Parolo, 55 – Dzyuba, 25.

Borussiya (Dortmund, Almaniya) – Brügge (Belçika) 3:0
Qol
: Haland, 18; 60. Sanço, 45.

G qrupu

Dinamo (Kiyev, Ukrayna) – Barselona (İspaniya) 0:4
Qol
: Dest, 52. Breyveyt, 57; 70-pen. Qrizmann, 90+2.

Yuventus (İtaliya) – Ferentsvaroş (Macarıstan) 2:1
Qol
: Ronaldo, 35. Morata, 90+2 – Uzuni, 19.

H qrupu

PSJ (Fransa) – Leyptsiq (Almaniya) 1:0
Qol
: Neymar, 11-pen.

Mançester Yunayted (İngiltərə) – Başakşəhər (Türkiyə) 4:1
Qol
: B.Fernandes, 7; 19. Reşford, 35-pen. Ceyms, 90+2 – D.Türüç, 75.

25 noyabr

B qrupu

Borussiya (Münhenqladbax, Almaniya) – Şaxtyor (Donetsk, Ukrayna) 4:0
Qol
: Ştindl, 17. Elvedi, 34. Embolo, 45+1. Vendt, 77.

İnter (İtaliya) – Real (İspaniya) 0:2
Qol
: Hazard, 7-pen. Hakimi, 59-öz qapısına.

C qrupu

Olimpiakos (Yunanıstan) – Mançester Siti (İngiltərə) 0:1
Qol
: Foden, 36.

Marsel (Fransa) – Portu (Portuqaliya) 0:2
Qol
: Sanuzi, 39. S.Oliveyra, 72-pen.

A qrupu

Atletiko (İspaniya) – Lokomotiv (Moskva, Rusiya) 0:0

Bavariya (Almaniya) – Zalsburq (Avstriya) 3:1
Qol
: Levandovski, 42. Vober, 52-öz qapısına. Sane, 68 – Berişa, 73.

D qrupu

Liverpul (İngiltərə) – Atalanta (İtaliya) 0:2
Qol
: İliçiç, 60. Qosens, 64.

Ayaks (Niderland) – Midtyulland (Danimarka) 3:1
Qol
: Qravenberx, 47. Mazraui, 49. Neres, 66 – Mabil, 81-pen.

Bombardir: Erlinq Haland (Borussiya D) – 6 qol.