“Barselona” “Yuventus”a, PSJ “Başakşəhər”ə səfərdə qalib gəldi

Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinin 2-ci turuna yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə A, B, C və D qruplarının qarşılaşmaları baş tutub.

A qrupunda ilk turda “Atletiko”nu darmadağın edən “Bavariya” bu dəfə Rusiyanın “Lokomotiv” klubunu səfərdə üstələyib. “Atletiko” isə doğma meydanda “Zalsburq”dan güclü olub.

B qrupu çərçivəsində “Real” səfərdə Münhenqladbax “Borussiya”sının qonağı olub. Madrid təmsilçisi bu oyunda məğlubiyyətdən son anda xilas olub. “Şaxtyor” isə “İnter”lə münasibətlərinə aydınlıq gətirib. Bu görüşdə qapılara qol vurulmayıb.

D qrupunda “Liverpul” “Midtyulland”ı, “Atalanta” isə “Ayaks”ı sınağa çəkib. İngiltərədəki oyunda son çempion inamlı qələbəyə sevinib. Dörd qolun qeydə alındığı İtaliyadakı matçda isə qalib müəyyənləşməyib.

Qrup mərhələsinin 2-ci turunun digər oyunları bu gün keçirilib. Qardaş Türkiyənin çempionu “Başakşəhər” ÇL-də ilk ev oyununu keçirib. Turnirə məğlubiyyətlə başlayan İstanbul təmsilçisi ötən mövsümün finalçısı PSJ-ni qəbul edib. Türkiyə təmsilçisi bu oyundan da xalsız ayrılıb. Bu qrupun digər görüşündə “Leyptsiq” “Mançester Yunayted”in qonağı olub. “Qırmızı şeytanlar” darmadağına seviniblər.

Turun ən maraqla gözlənilən matçı Turində keçirilib. Yarışa qələbə ilə başlayan “Yuventus” turnirin favoritlərindən olan “Barselona” ilə münasibətlərinə aydınlıq gətirib. Kataloniya təmsilçisi səfərdə inamlı qələbəyə sevinib.

Çempionlar Liqası, qrup mərhələsi, 2-ci tur

27 oktyabr

A qrupu

Lokomotiv (Moskva, Rusiya) – Bavariya (Almaniya) 1:2
Qol
: Mirançuk, 70 – Qoretska, 13. Kimmix, 79.

Atletiko (İspaniya) – Zalsburq (Avstriya) 3:2
Qol
: Lyorente, 29. J.Feliks, 52; 85 – Soboslai, 40. Berişa, 47.

B qrupu

Şaxtyor (Donetsk, Ukrayna) – İnter (İtaliya) 0:0

Borussiya (Münhenqladbax, Almaniya) – Real (İspaniya) 2:2
Qol
: Turam, 33; 58 – Benzema, 87. Kazemiro, 90+3.

C qrupu

Portu (Portuqaliya) – Olimpiakos (Yunanıstan) 2:0
Qol
: Vieyra, 11. Oliveyra, 85.

Marsel (Fransa) – Mançester Siti (İngiltərə) 0:3
Qol
: Torres, 18. Gündoğan, 76. Sterlinq, 81.

D qrupu

Liverpul (İngiltərə) – Midtyulland (Danimarka) 2:0
Qol
: Jota, 55. Salah, 90+2-pen.

Atalanta (İtaliya) – Ayaks (Niderland) 2:2
Qol
: Sapata, 54; 60 – Tadiç, 30-pen. Traore, 38.

28 oktyabr

E qrupu

Krasnodar (Rusiya) – Çelsi (İngiltərə) 0:4
Qol
: Hadson-Odoi, 37. Verner, 76-pen. Ziyex, 79. Pulişiç, 90.

Sevilya (İspaniya) – Renn (Fransa) 1:0
Qol
: De Yonq, 56.

H qrupu

Başakşəhər (Türkiyə) – PSJ (Fransa) 0:2
Qol
: M.Kin, 64; 79.

Mançester Yunayted (İngiltərə) – Leyptsiq (Almaniya) 5:0
Qol
: Qrinvud, 21. Reşford, 76; 78; Reşford, 90+2. Marsyal, 86-pen.

F qrupu

Borussiya (Dortmund, Almaniya) – Zenit (Rusiya) 2:0
Qol
: Sanço, 78-pen. Haland, 90+1.

Brügge (Belçika) – Latsio (İtaliya) 1:1
Qol
: Vanaken, 42-pen – Korrea, 14.

G qrupu

Yuventus (İtaliya) – Barselona (İspaniya) 0:2
Qol
: Dembele, 14. Messi, 90+1-pen.

Ferentsvaroş (Macarıstan) – Dinamo K (Ukrayna) 2:2
Qol
: Qol: Nquen, 59. Boli, 90 – Tsiqankov, 28-pen. De Pena, 41.

Bombardir: Markus Reşford (Mançester Yunayted) – 4 qol.