ÇL: “Şerif”, “Şaxtyor” və “Zalsburq” da qrup mərhələsində!

Bu gün UEFA Çempionlar Liqasında (ÇL) pley-off mərhələsinin cavab oyunlarına yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma keçirilib. Niderlandın PSV komandası doğma meydanda Portuqaliya “Benfika”sını qəbul edib. Komandalar arasında baş tutan ilk matçda portuqallar 2:1 hesablı qələbə qazanmışdı. Cavab matçında qapılara qol vurulmadığından, “Benfika” mərhələ adlayan tərəf olub.

Macarıstanın “Ferentsvaroş” komandası İsveçrə “Yanq Boyz”unun müqavimətini qırmağa çalışıb. Tərəflər arasında keçirilən ilk matçda “Yanq Boyz” 3:2 hesablı qələbəyə sevinmışdı. Cavab görüşündə də oxşar hesabla qalib gələn İsveçrə klubu qrupda oynamaq hüququ qazanıb.

Günün digər matçında isə Bolqarıstanın “Ludoqorets” komandası doğma meydanda “Malmö”nü (İsveç) qəbul edib. Komandalar arasındakı ilk matçda isveçlilər qələbə qazanmışdı – 2:0. Cavab görüşündə bolqarlar qələbə qazansa da, mərhələ sevincini İsveç təmsilçisi yaşayıb.

Digər görüşlər bu gün keçirilib.

İlk oyunda doğma meydanda Donetsk “Şaxtyor”una uduzan “Monako” (Fransa) bu dəfə rəqibi ilə səfərdə qarşılaşıb. Məhsuldar alınan qarşılaşma heç-heçə bitib və Ukrayna təmsilçisi mərhələ adlayıb. Xorvatiyanın “Dinamo” (Zaqreb) komandası doğma meydanda Moldova “Şerif”ini qəbul edib. Komandalar arasında baş tutan ilk görüşdə moldovalılar 3:0 hesablı qələbə qazanmışdı. Cavab görüşündə qol qeydə alınmayıb və Moldova təmsilçisi qrup mərhələsinə yüksəlib. Digər vəsiqə isə Avstriya “Zalsburq”una qismət olub.

Çempionlar Liqası, pley-off mərhələsi, cavab oyunları

24 avqust

PSV (Niderland) – Benfika (Portuqaliya) 0:0
İlk oyun – 1:2

Ludoqorets (Bolqarıstan) – Malmö (İsveç) 2:1
İlk oyun – 0:2

Ferentsvaroş (Macarıstan) – Yanq Boyz (İsveçrə) 2:3
İlk oyun – 2:3

25 avqust

Şaxtyor (Donetsk, Ukrayna) – Monako (Fransa) 2:2
İlk oyun – 1:0

Dinamo (Zaqreb, Xorvatiya) – Şerif (Moldova) 0:0
İlk oyun – 0:3

Brondbü (Danimarka) – Zalsburq (Avstriya) 1:2
İlk oyun – 1:2

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button