PSJ “Barselona”nı 1/4 finala buraxmadı

Dünən UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına start verilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib. Almaniyanın “Borussiya” (Dortmund) klubu doğma meydanda İspaniya “Sevilya”sını qəbul edib. Komandalar arasında keçirilən ilk oyunda dortmundlular 3:2 hesablı qələbə qazanmışdılar. Bu oyunda heç-heçə qeydə alınsa da, növbəti mərhələyə vəsiqəni qazanan Almaniya klubu olub.

Günün digər matçı İtaliyada keçirilib. “Yuventus” burada Portuqaliya “Portu”sunu qəbul edib. İlk oyunda rəqibinə 1:2 hesabıyla uduzan “qoca sinyora” mərhələ adlamaq üçün ya qol buraxmadan qələbə qazanmalı, ya da ən azı iki top fərqiylə rəqibini məğlub etməliydi. Lakin Turin təmsilçisi ümumi hesabda tarazlıq yarada bilsə də, səfərdə daha çox qol vurması “Portu”nu 1/4 finala daşıyıb.

Bu gün daha iki qarşılaşma keçirilib. İlk oyunda doğma meydanda Fransa PSJ-sinə 1:4 hesabıyla uduzan “Barselona” bu dəfə rəqibi ilə Parisdə qarşılaşıb. Paris təmsilçisi üstünlüyünü qorumağı və növbəti mərhələyə yüksəlməyi bacarıb.

Digər matçda “Liverpul” “Leyptsiq”i sınağa çəkib. Bu dəfə də inamlı qələbə qazanan İngiltərə nəhəngi 1/4 finala adlayıb.

Çempionlar Liqası, 1/8 final mərhələsi, cavab oyunları

9 mart

Borussiya (Dortmund, Almaniya) – Sevilya (İspaniya) 2:2
Qol: Haland, 35; 54 – En Nesiri, 69-pen; 90+6.
İlk oyun – 3:2

Yuventus (İtaliya) – Portu (Portuqaliya) 3:2
Qol:
Kyeza, 49; 63. Rabyo, 117 – S.Oliveyra, 19-pen; 115.
İlk oyun – 1:2

10 mart

Liverpul (İngiltərə) – Leyptsiq (Almaniya) 2:0
Qol:
Salah, 71. Mane, 74.
İlk oyun – 2:0

PSJ (Fransa) – Barselona (İspaniya) 1:1
Qol: Mbappe, 31-pen – Messi, 37.
İlk oyun – 4:1