“Bavariya” PSJ-yə, “Portu” “Çelsi”yə uduzdu

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib. Turnirin favoritlərindən olan “Mançester Siti” doğma meydanda Almaniyanın “Borussiya” (Dortmund) komandasını qəbul edib. “Şəhərlilər” bu görüşdən çətin qələbə ilə ayrılıblar.

Günün digər matçı İspaniyada keçirilib. Madridin “Real” komandası burada İngiltərə “Liverpul”unu qəbul edib. Komandalar sonuncu dəfə 2018-ci ildə Çempionlar Liqasının finalında üz-üzə gəlib və “Real” 3:1 hesabıyla ingilisləri məğlub edərək, turnirin qalibi olub. Elə bu oyunda da Madrid təmsilçisi oxşar hesabla qələbə qazanıb.

1/4 final mərhələsinin digər görüşləri bu gün keçirilib. Son çempion “Bavariya” doğma meydanda PSJ-ni qəbul edib. Beş qolun qeydə alındığı bu oyun qonaqların qələbəsiylə yekunlaşıb. 1/8 final mərhələsində “Yuventus”u mübarizədən kənarlaşdıran Portuqaliyanın “Portu” klubu İngiltərə “Çelsi”si ilə qarşılaşıb. London təmsilçisi səfərdə inamlı qələbəyə sevinib.

Çempionlar Liqası, 1/4 final mərhələsi, ilk oyunlar

6 aprel

Mançester Siti (İngiltərə) – Borussiya (Dortmund, Almaniya) 2:1
Qol: De Bruyne, 19. Foden, 90 – Roys, 84.

Mançester Siti: Ederson, Kanselo, Dias, Stounz, Uolker, İ.Gündoğan, Rodri, Foden, De Bruyne, Mahrez, B.Silva.
Borussiya: Hits, Bauza, Akanji, Hummels, Gerreyro, Bellingem, E.Can, Dahud, Knauff, Haland, Roys.

Real (İspaniya) – Liverpul (İngiltərə) 3:1
Qol: J.Vinisius, 27; 65. Asensio, 36 – Salah, 51.

Real: Kurtua, Mendi, Naço, Militan, Lukas, Modriç, Kazemiro, Kroos, J.Vinisius, Benzema, Asensio.
Liverpul: Alisson, Aleksander-Arnold, O.Kabak, Filips, Robertson, Keyta, Fabinyo, Veynaldum, Salah, Jota, Mane.

7 aprel

Bavariya (Almaniya) – PSJ (Fransa) 2:3
Qol: Şupo-Motinq, 37. Müller, 60 – Mbappe, 3; 68. Markinyos, 28.

Bavariya: Noyer, Hernandes, Alaba, Sule, Pavar, Kimmix, Qoretska, Koman, Müller, Sane, Şupo-Motinq.
PSJ: Navas, Daqba, Markinyos, Kimpembe, Diallo, Danilo, Qeye, Di Mariya, Neymar, Draksler, Mbappe.

Portu (Portuqaliya) – Çelsi (İngiltərə) 0:2
Qol: Maunt, 32. Çiluell, 85.

Portu: Marçesin, Sanusi, Pepe, Mbemba, Manafa, Otavio, Uribe, Qruyiç, Korona, Luis Dias, Mareqa.
Çelsi: Mendi, Rudiger, Kristensen, Aspilikueta, Çiluell, Kovaçiç, Jorjinyo, Ceyms, Verner, Haverts, Maunt.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button