Avroliqa: “Qalatasaray” pley-offda, “Fənərbaxça” “Olimpiakos”a uduzdu

Bu gün UEFA Avropa Liqasında qrup mərhələsinin 5-ci turuna yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. C qrupunda yer alan Moskva “Spartak”ı doğma meydanda “Napoli”ni qəbul edib. Üç qolun qeydə alındığı bu oyun meydan sahiblərinin qələbəsiylə yekunlaşıb. Qrupun digər matçı bu gün keçirilub. Azərbaycanlı hücumçu Mahir Emrelinin çıxış etdiyi “Legiya” (Polşa) səfərdə “Lester”in (İngiltərə) qonağı olub və məğlubiyyətlə üzləşib.

Turun digər oyunları bu gün keçirilib. Türkiyənin “Qalatasaray” klubu “Marsel”i qəbul edib və bol qollu oyundan qalib ayrılmaqla mərhələ adlayıb. “Fənərbaxça” isə səfərdə “Olimpiakos”un (Yunanıstan) qonağı olub və son dəqiqə qolu ilə məğlub olub. Bu üzdən də İstanbul təmsilçisi Avroliqa ilə vidalaşıb və mübarizəni Konfrans Liqasında davam etdirəcək.

Avropa Liqası, qrup mərhələsi, 5-ci tur

24 noyabr

C qrupu

Spartak (Moskva, Rusiya) – Napoli (İtaliya) 2:1
Qol
: Sobolyov, 3-pen; 28 – E.Elmas, 64.

25 noyabr

E qrupu

Lokomotiv (Moskva, Rusiya) – Latsio (İtaliya) 0:3
Qol
: İmmobile, 56-pen; 63-pen. Pedro, 87.

Qalatasaray (Türkiyə) – Marsel (Fransa) 4:2
Qol
: Çikaldau, 12. Çaleta-Çar, 30-öz qapısına. Fequli, 64. Babel, 83 – Milik, 69; 85.

F qrupu

Midtyulland (Danimarka) – Braqa (Portuqaliya) 3:2
Qol
: Svyatçenko, 2. İsaksen, 48. Evander, 90+3-pen – Horta, 43. Qaleno, 85.

Srvena Zvezda (Serbiya) – Ludoqorets (Bolqarıstan) 1:0
Qol
: İvaniç, 57.

G qrupu

Bayer (Almaniya) – Seltik (Şotlandiya) 3:2
Qol
: Andrix, 16; 82. Diabi, 87 – Yuranoviç, 40-pen. Jota, 56.

Betis (İspaniya) – Ferentsvaroş (Macarıstan) 2:0
Qol
: Tello, 5. Kanales, 52.

H qrupu

Rapid (Avstriya) – Vest Hem (İngiltərə) 0:2
Qol
: Yarmolenko, 40. Noble, 45+2-pen.

Dinamo (Zaqreb, Xorvatiya) – Genk (Belçika) 1:1
Qol
: Menalo, 35 – Uqbo, 45+1.

A qrupu

Brondbü (Danimarka) – Lion (Fransa) 1:3
Qol
: Uhre, 51 – Çerki, 57; 66. Slimani, 76.

Reyncers (Şotlandiya) – Sparta (Praqa, Çexiya) 2:0
Qol
: Morelos, 15; 49.

B qrupu

Monako (Fransa) – Real Sosyedad (İspaniya) 2:1
Qol
: Volland, 28. Fofana, 38 – İsak, 35.

PSV (Niderland) – Şturm (Avstriya) 2:0
Qol
: K.Vinisius, 45-pen. Bruma, 56.

C qrupu

Lester (İngiltərə) – Legiya (Polşa) 3:1
Qol
: Daka, 11. Maddison, 21. Ndidi, 33 – Mladenoviç, 26.

D qrupu

Olimpiakos (Yunanıstan) – Fənərbaxça (Türkiyə) 1:0
Qol
: Soares, 90.

Ayntraxt (Frankfurt, Almaniya) – Antverpen (Belçika) 2:2
Qol
: Kamada, 13. Pasiensiya, 90+4 – Naynqqolan, 33. Samatta, 88.

Bombardir: Karl-Toko Ekambi (“Lion”, Fransa) – 6 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button