“Qarabağ” “Vilyarreal”a məğlub oldu

Bu gün UEFA Avropa Liqasında qrup mərhələsinin 2-ci turunun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycanın turnirdəki təmsilçisi “Qarabağ” da İ qrupu çərçivəsində növbəti oyununa çıxıb. Ağdam təmsilçisi İspaniyanın “Vilyarreal” klubu ilə qarşılaşıb.

Görüş Dağlıq Qarabağdakı hadisələrə görə Türkiyədə keçirilib. “Qarabağ” – “Vilyarreal” matçı İstanbulda, “Başakşehir Fatih Terim” stadionunda oynanılıb. Görüşdə hesabı Ağdam klubu açsa da, sonda qələbəni ispanlar bayram ediblər.

Qrupun digər görüşündə Türkiyənin “Sivasspor” klubu İsrail “Makkabi”sini qəbul edib. Bu oyunda da hesabı meydan sahibləri açıblar, sonda isə qonaqlar sevinən tərəf olublar.

“Qarabağ” ilk turda “Makkabi” ilə qarşılaşıb və 0:1 hesabıyla məğlub olub. “Vilyarreal” isə “Sivasspor”dan üstün olub – 5:3.

Avropa Liqası, qrup mərhələsi, 2-ci tur

29 oktyabr

İ qrupu

Qarabağ – Vilyarreal 1:3
Qol: K.Ovusu, 78 – Y.Pino, 80. P.Alkaser, 85; 90+6-pen.
Baş hakim: Pavel Orel (Çexiya)

Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev (k), 4. Rahil Məmmədov, 6. Patrik Andrade, 7. Kvabena Ovusu, 9. Xayme Romero, 10. Abdullah Zubir, 19. Filip Ozobiç, 30. Abbas Hüseynov, 77. Donald Gerye, 81. Kevin Medina.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 94. Ayhan Arazlı, 5. Maksim Medvedev, 8. Uroş Matiç, 11. Mahir Emreli, 18. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı, 27. Toral Bayramov, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov.
Baş məşqçi: Qurban Qurbanov.
Vilyarreal: 13. Xeronimo Rulyi, 4. Pau Torres, 8. Xuan Foyt, 9. Karlos Bakka, 10. Visente İborra (k), 11. Samu Çukvueze, 14. Manu Triqeros, 16. Takefusa Kubo, 20. Ruben Pena, 21. Xaume Kosta, 24. Alfonso Pedraza.
Ehtiyat oyunçular: 1. Serxio Asenco, 35. Filip Yorgensen, 2. Mario Qaspar, 3. Raul Albiol, 6. Funes Mori, 17. Pako Alkaser, 19. Fransis Koklen, 23. Moi Qomes, 30. Yeremi Pino, 32. Aleks Baena, 34. Fernando Nino.
Baş məşqçi: Unay Emeri.

Sivasspor (Türkiyə) – Makkabi (Təl-Əviv, İsrail) 1:2
Qol: Kayode, 55 – Biton, 68-pen. Peretz, 75.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button