“Hoffenhaym”, “Arsenal” və “Lester Siti” 1/16 finalda!

Bu gün UEFA Avropa Liqasında qrup mərhələsinin 4-cü turunun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” yer aldığı İ qrupunda “Sivasspor”a məğlub olaraq, növbəti mərhələ şansını itirib. Qrupun digər görüşündə “Vilyarreal” İsraildə Təl-Əviv “Makkabi”si ilə bərabərə qalıb.

Baş tutan qarşılaşmalardan sonra 1/16 finala vəsiqə qazanan ilk 4 komanda müəyyənləşib. “Arsenal”, “Lester”, “Roma” və “Hoffenhaym” qrupdan çıxmağı təmin ediblər.

UEFA Avropa Liqası, qrup mərhələsi, 4-cü tur

26 noyabr

A qrupu

ÇSKA (Sofiya, Bolqarıstan) – Yanq Boyz (İsveçrə) 0:1
Qol
: Nsame, 34.

ÇFR (Kluj, Rumıniya) – Roma (İtaliya) 0:2
Qol
: Debeljuh, 49-öz qapısına. Veretu, 67-pen.

B qrupu

Molde (Norveç) – Arsenal (İngiltərə) 0:3
Qol
: Pepe, 50. Nelson, 55. Balaqun, 83.

00:00 Dandalk (İrlandiya) – Rapid (Avstriya) 1:3
Qol
: Şields, 63-pen – Knasmullner, 11. E.Kara, 37; 58.

G qrupu

Braqa (Portuqaliya) – Lester (İngiltərə) 3:3
Qol
: Elmusrati, 4. Paulinyo, 24. Franserxio, 90 – Barnes, 9. Tomas, 79. Vardi, 90+5.

AEK (Yunanıstan) – Zarya (Ukrayna) 0:3
Qol
: Qromov, 61. Kabayev, 76. Yurçenko, 86-pen.

H qrupu

Sparta (Çexiya) – Seltik (Şotlandiya) 4:1
Qol
: Hançko, 27. Julis, 38; 80. Plavşiç, 90+4 – Eduard, 15.

Lill (Fransa) – Milan (İtaliya) 1:1
Qol
: Bamba, 65 – Kastilyexo, 46.

İ qrupu

Qarabağ – Sivasspor (Türkiyə) 2:3
Qol
: A.Zubir, 8. U.Matiç, 51 – A.Kone, 40-pen; 79. O.Kayode, 57.

Makkabi (Təl-Əviv, İsrail) – Vilyarreal (İspaniya) 1:1
Qol
: Peşiç, 47 – Baena, 45.

J qrupu

LASK (Avstriya) – Antverpen (Belçika) 0:2
Qol
: Rafaelov, 53. Gerkens, 83.

00:00 Tottenhem (İngiltərə) – Ludoqorets (Bolqarıstan) 4:0
Qol
: Vinisius, 16; 34. Uinks, 63. Lukas, 73.

K qrupu

ÇSKA (Moskva, Rusiya) – Feyenoord (Niderland) 0:0

Volfsberq (Avstriya) – Dinamo (Zaqreb, Xorvatiya) 0:3
Qol
: Bayer, 60. Petkoviç, 75. İvanuşeç, 90+1.

L qrupu

Slovan (Çexiya) – Hoffenhaym (Almaniya) 0:2
Qol
: Baumqartner, 77. Kramariç, 89-pen.

Gent (Belçika) – Srvena Zvezda (Serbiya) 0:2
Qol
: Petroviç, 2. Milunoviç, 58.

C qrupu

Nitsa (Fransa) – Slaviya (Çexiya) 1:3
Qol
: Quiri, 61 – Linqr, 15. Olayinka, 64. Sima, 75.

Bayer (Leverkuzen, Almaniya) – Hapoel (Beer-Şava, İsrail) 4:1
Qol
: Şik, 29. Beyli, 48. Demirbay, 76. Alario, 80 – Şviro, 58.

D qrupu

Standard (Lyej, Belçika) – Lex (Polşa) 2:1
Qol
: Tapsoba, 63. Laifis, 90+3 – İshak, 61.

Reyncers (Şotlandiya) – Benfika (Portuqaliya) 2:2
Qol
: Eyrfild, 7. Rufe, 69 – Ramos, 78. Pizzi, 81.

E qrupu

Qranada (İspaniya) – Omoniya (Kipr) 2:1
Qol
: Çarris, 8. Soro, 73 – Asante, 60.

PSV (Niderland) – PAOK (Yunanıstan) 3:2
Qol
: Qakpo, 20. Madueke, 51. Malen, 53 – Varela, 4. Tzolis, 13.

F qrupu

Alkmaar (Niderland) – Real Sosyedad (İspaniya) 0:0

Napoli (İtaliya) – Riyeka (Xorvatiya) 2:0
Qol
: Anastasio, 41-öz qapısına. Lozano, 75.

Bombardir: Yusuf Yazıcı (Lill) – 6 qol.