“Qarabağ” “Sivasspor”a yenə uduzdu

Bu gün UEFA Avropa Liqasında qrup mərhələsinin 4-cü turunun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, İ qrupunda yer alan “Qarabağ” klubu da növbəti oyununa çıxıb. Qurban Qurbanovun rəhbərlik etdiyi komanda Türkiyənin “Sivasspor” klubuyla qarşılaşıb. Qarşılaşma məlum səbəblərdən İstanbuldakı “Başakşəhər Fatih Terim” stadionunda keçirilib.

“Qarabağ” Sivas təmsilçisinə ilk oyunda 0:2 hesabıyla məğlub olmuşdu Ağdam klubu İ qrupunda 0 xalla sonuncu sıradaydı. Bu üzdən də Qurban Qurbanovun yetirmələri ilk xal və xallarını qazanmaq istəyirdi. Lakin iki dəfə hesabda önə keçməsinə baxmayaraq, Azərbaycan çempionu bu görüşdən də məğlub ayrılıb.

Qrupun digər matçında lider “Vilyarreal” (İspaniya) səfərdə “Makkabi” (İsrail) ilə qarşılaşıb. Bu oyunda isə tərəflər heç-heçəyə razılaşıblar.

Avropa Liqası, qrup mərhələsi, 4-cü tur

26 noyabr

İ qrupu

Qarabağ – Sivasspor (Türkiyə) 2:3
Qol:
A.Zubir, 8. U.Matiç, 51 – A.Kone, 40-pen; 79. O.Kayode, 59.
Baş hakim: Yakob Kehlet (Danimarka)

Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev (k), 7. Kvabena Ovusu, 8. Uroş Matiç, 10. Abdullah Zubir, 11. Mahir Emreli, 18. İsmayıl İbrahimli, 27. Tural Bayramov, 44. Elvin Cəfərquliyev, 77. Donald Gerye, 81. Kevin Medina.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 94. Ayhan Arazlı, 9. Xayme Romero, 21. Rauf Hüseynli, 29. Zamiq Əliyev.
Baş məşqçi: Qurban Qurbanov.
Sivasspor: 30. Mamadu Samassa, 2. Aruna Kone (k), 3. Uğur Çiftçi, 4. Aaron Appindanqoye, 6. Klaudemir, 7. Maks Qradel, 8. Robin Yalçın, 10. Yasin Öztekin, 29. Kazimir Ninqa, 87. Marselo Qoyano, 88. Caner Osmanpaşa.
Ehtiyat oyunçular: 35. Ali Şaşal Vural, 5. İsaak Kofi, 14. Samba Kamara, 80. Olarenvaju Kayode.
Baş məşqçi: Rıza Çalımbay.

Makkabi (Təl-Əviv, İsrail) – Vilyarreal (İspaniya) 1:1
Qol: Peşiç, 47 – Baena, 45.