Avropa Liqası: “Fənərbaxça”nın oyununda 4 qol, “Qalatasaray”dan qələbə

Bu gün UEFA Avropa Liqasında qrup mərhələsinin 3-cü turuna yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib.

Şotlandiyanın “Seltik” komandası G qrupunda doğma meydanda “Ferentsvaroş”u (Macarıstan) qəbul edib. Meydan sahibləri bu oyunda inamlı qələbəyə seviniblər.

Azərbaycanlı hücumçu Mahir Emrelinin çıxış etdiyi “Legiya”nın (Polşa) yer aldığı C qrupunda dünən bir qarşılaşma oynanılıb. Moskva “Spartak”ı doğma meydanda “Lester”lə qarşılaşıb. Yeddi qolun qeydə alındığı bu oyun İngiltərə təmsilçisinin qələbəsiylə yekunlaşıb.

“Legiya” isə bu gün “Napoli”nin qonağı olub və məğlubiyyətə üzülüb. Mahir bu görüşün 71-ci dəqiqəsində meydana buraxılıb.

Türkiyənin “Fənərbaxça” komandası İstanbulda “Antverpen”lə heç-heçəyə razılaşıb. “Qalatasaray” isə səfərdə Moskva “Lokomotiv”inə qalib gəlib.

Avropa Liqası, qrup mərhələsi, 3-cü tur

19 oktyabr

G qrupu

Seltik (Şotlandiya) – Ferentsvaroş (Macarıstan) 2:0
Qol
: Furuhaşi, 57. Törnbull, 81.

20 oktyabr

C qrupu

Spartak (Moskva, Rusiya) – Lester (İngiltərə) 3:4
Qol
: Sobolyov, 11; 86. Larsson, 44 – Daka, 45; 48; 54; 79.

21 oktyabr

D qrupu

Fənərbaxça (Türkiyə) – Antverpen (Belçika) 2:2
Qol
: Valensiya, 21; 45-pen – Samatta, 2. Gerkens, 62.

Ayntraxt (Frankfurt, Almaniya) – Olimpiakos (Yunanıstan) 3:1
Qol
: Borre, 26-pen. Ture, 45+3. Kamada, 59 – El Arabi, 30-pen.

E qrupu

Latsio (İtaliya) – Marsel (Fransa) 0:0

Lokomotiv (Moskva, Rusiya) – Qalatasaray (Türkiyə) 0:1
Qol
: K.Aktürkoğlu, 82.

F qrupu

Ludoqorets (Bolqarıstan) – Braqa (Portuqaliya) 0:1
Qol
: Horta, 7.

Midtyulland (Danimarka) – Srvena Zvezda (Serbiya) 1:1
Qol
: Dyur, 78 – İvaniç, 58.

G qrupu

Betis (İspaniya) – Bayer (Almaniya) 1:1
Qol
: B.İqlesias, 75-pen – Andrix, 82.

H qrupu

Rapid (Avstriya) – Dinamo (Zaqreb, Xorvatiya) 2:1
Qol
: Qrull, 9. Hofmann, 34 – Orşiç, 24.

Vest Hem (İngiltərə) – Gent (Belçika) 3:0
Qol
: Douson, 45+1. Diop, 57. Bouen, 59.

A qrupu

Sparta (Praqa, Çexiya) – Lion (Fransa) 3:4
Qol
: Haraslin, 4; 19. Kreyçi, 90+6 – Elambi, 42; 88. Auar, 53. Paketa, 67.

Reyncers (Şotlandiya) – Brondbü (Danimarka) 2:0
Qol
: Baloqun, 18. Ruf, 30.

B qrupu

PSV (Niderland) – Monako (Fransa) 1:2
Qol
: Qakpo, 59 – Boadu, 20. Diop, 89.

Şturm (Avstriya) – Real Sosyedad (İspaniya) 0:1
Qol
: İsak, 69.

C qrupu

Napoli (İtaliya) – Legiya (Polşa) 3:0
Qol
: İnsinye, 76. Osimhen, 80. Politano, 90+5.

Bombardir: Patson Daka (“Lester”, İngiltərə) – 4 qol.