“Başakşəhər”dən qələbə, MY-dən darmadağın

Bu gün UEFA Avropa Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına start verilib.

Komanda.az xəbər verir ki, Avropada geniş yayılan koronavirus epidemiyasına görə “Sevilya” – “Roma” və “İnter” – “Xetafe” matçları təxirə salınıb.

Türkiyənin yeganə təmsilçisi “Başakşəhər” “Kopenhagen”i qəbul edib və minimal hesabla qalib gəlib. “Mançester Yunayted” Avstriyada LASK-a 5 cavabsız qol vurub. “Olimpiakos” evdə “Vulverhempton”la heç-heçəyə razılaşıb.

“Ayntraxt”ın qonağı olan “Bazel” darmadağına imza atıb. “Volfsburq” da “Şaxtyor”la ev oyunundan məğlubiyyətlə ayrılıb. “Bayer” isə Qlazqoda “Reyncers”lə üz-üzə gəlib və inamlı qələbəyə sevinib.

LASK – “Mançester Yunayted”, “Olimpiakos” – “Vulverhempton”, “Volfsburq” – “Şaxtyor” və “Ayntraxt” – “Bazel” matçları koronavirus epidemiyasına görə azarkeşsiz keçirilib.

Qeyd edək ki, cavab oyunları martın 19-da keçiriləcək.

Avropa Liqası, 1/8 final mərhələsi, ilk oyunlar

12 mart

Başakşəhər (Türkiyə) – Kopenhagen (Danimarka) 1:0
Qol
: Vişça, 88-pen.

LASK (Avstriya) – Mançester Yunayted (İngiltərə) 0:5
Qol
: İqalo, 28. Ceyms, 58. Mata, 82. Qrinvud, 90+2. A.Pereyra, 90+3.

Ayntraxt (Frankfurt, Almaniya) – Bazel (İsveçrə) 0:3
Qol
: Kampo, 27. Bua, 73. Frey, 85.

Olimpiakos (Yunanıstan) – Vulverhempton (İngiltərə) 1:1
Qol
: Əl Arabi, 54 – Neto, 67.

Reyncers (Şotlandiya) – Bayer (Leverkuzen, Almaniya) 1:3
Qol
: Edmundsson, 75 – Haverts, 37. Aranquiz, 67. Beyli, 88.

Volfsburq (Almaniya) – Şaxtyor (Donetsk, Ukrayna) 1:2
Qol
: Bruks, 48 – Moraes, 17. Antonio, 73.