“Mançester Yunayted”lə “Roma” qalib gəldi, “Arsenal” qələbəni əldən verdi

Bu gün UEFA Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçirilib.

Komanda.az xəbər verir ki, bütün qarşılaşmalar saat 23:00-da oynanılıb. Niderlandın “Ayaks” komandası doğma meydanda İtaliya “Roma”sını qəbul edib. Üç qolun qeydə alındığı oyun qonaqların qələbəsiylə yekunlaşıb.

İngiltərə “Arsenal”ı “Slaviya”nı, “Mançester Yunayted” isə “Qranada”nı sınağa çəkib. London təmsilçisi doğma meydanda qələbəni əldən veribsə, “qırmızı şeytanlar” səfərdən inamlı qələbə ilə dönüb. İspaniyanın turnirdəki yeganə təmsilçisi “Vilyarreal” Xorvatiyada “Dinamo”nun qonağı olub və minimal hesabla qalib gəlib.

1/4 final mərhələsinin cavab oyunları aprelin 15-də keçiriləcək.

Avropa Liqası, 1/4 final mərhələsi, ilk oyunlar

8 aprel

Ayaks (Niderland) – Roma (İtaliya) 1:2
Qol
: Klaassen, 39 – Pelleqrini, 57. İbanes, 87.

Arsenal (İngiltərə) – Slaviya (Praqa, Çexiya) 1:1
Qol
: Pepe, 86 – Holes, 90+4.

Dinamo (Zaqreb, Xorvatiya) – Vilyarreal (İspaniya) 0:1
Qol
: Moreno, 44-pen.

Qranada (İspaniya) – Mançester Yunayted (İngiltərə) 0:2
Qol
: Reşford, 31. B.Fernandes, 89-pen.