“Milan”la “Arsenal”dan heç-heçə, MY və “Tottenhem”dən darmadağın

Bu gün UEFA Avropa Liqasında 1/16 final mərhələsinin ilk oyunları keçirilib.

Komanda.az xəbər verir ki, bütün qarşılaşmalar eyni gündə baş tutub. İlk olaraq mübarizə Ukraynada başlayıb. Kiyev “Dinamo”su burda Belçikanın “Brügge” komandasını qəbul edib. Bu oyunda qalib müəyyənləşməyib.

İngiltərənin “Lester” klubu Çexiyada “Slaviya” ilə qolsuz heç-heçəyə razılaşıb. “Arsenal” isə Portuqaliyada “Benfika” ilə “sülh” bağlayıb. “Mançester Yunayted” “Real Sosyedad”a böyük hesabla qalib gəlibsə, “Milan” “Srvena Zvezda” ilə heç-heçəyə razılaşıb.

Heyətində türkiyəli Burak Yılmaz, Yusuf Yazıcı, Zeki Çelik kimi futbolçuları ilə Liqa 1-də lider olan “Lill” Niderlandın “Ayaks” klubu ilə ev oyunundan məğlub ayrılıb.

Avropa Liqası, 1/16 final mərhələsi, ilk oyunlar

18 fevral

Dinamo (Kiyev, Ukrayna) – Brügge (Belçika) 1:1
Qol
: Buyalski, 62 – Mexele, 67.

Yanq Boyz (İsveçrə) – Bayer (Almaniya) 4:3
Qol
: Fassnaxt, 3. Sibaço, 19; 89. Elia, 44, – Şik, 49; 52, Diabi, 68.

Krasnodar (Rusiya) – Dinamo (Zaqreb, Xorvatiya) 2:3
Qol
: Berq, 28. Klaesson, 69 – Petkoviç, 15; 54. Atimven, 75.

Olimpiakos (Yunanıstan) – PSV (Niderland) 4:2
Qol
: Buxalakis, 9. Mvila, 37. Əl-Arabi, 45+2. Masuras, 83 – Zahavi, 14; 40.

Braqa (Portuqaliya) – Roma (İtaliya) 0:2
Qol
: Dzeko, 5. Mayoral, 86.

Slaviya (Praqa, Çexiya) – Lester (İngiltərə) 0:0

Srvena Zvezda (Serbiya) – Milan (İtaliya) 2:2
Qol
: Kanqa, 52-pen. Pavkov, 90+3 – Pankov, 42-öz qapısına. T.Ernandes, 61.

Real Sosyedad (İspaniya) – Mançester Yunayted (İngiltərə) 0:4
Qol
: B.Fernandes, 27; 57. Reşford, 65. D.Ceyms, 90.

Volfsberq (Avstriya) – Tottenhem (İngiltərə) 1:4
Qol
: Lindl, 55-pen. – Son, 13. Beyl, 28. Moura, 34. Vinisius, 88.

Lill (Fransa) – Ayaks (Niderland) 1:2
Qol
: Vea, 72 – Tadiç, 84-pen. Brobbi, 89.

Antverpen (Belçika) – Reyncers (Şotlandiya) 3:4
Qol
: Avenatti, 45. Refaelov, 45+8. Honqla, 66 – Aribo, 38. Braişiç, 59-pen; 90-pen. Kent, 83.

Benfika (Portuqaliya) – Arsenal (İngiltərə) 1:1
Qol
: Pizzi, 55-pen – Saka, 57.

Makkabi (Təl-Əviv, İsrail) – Şaxtyor (Donetsk, Ukrayna) 0:2
Qol
: A.Patrik, 31. Tete, 90+3.

Qranada (İspaniya) – Napoli (İtaliya) 2:0
Qol
: Y.Herrera, 19. Kenedi, 21.

Molde (Norveç) – Hoffenhaym (Almaniya) 3:3
Qol
: Ellinqsen, 41. Andersen, 70. Fofana, 74 – Dabbur, 8; 28. Baumqartner, 45+3.

Zalsburq (Avstriya) – Vilyarreal (İspaniya) 0:2
Qol
: Alkaser, 41. Nino, 71.