Avropa Liqasında 1/8 finalçılar bəlli oldu

Bu gün UEFA Avropa Liqasında 1/16 final mərhələsinin cavab oyunlarına yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. İngiltərənin “Tottenhem” klubu doğma meydanda Avstriya “Volfsberq”ini qəbul edib. Komandalar arasında keçirilən ilk oyunda “Tottenhem” 4:1 hesablı qələbə qazanıb. London təmsilçisi bu oyunda da darmadağınla qalib gələrək növbəti mərhələyə yüksəlib.

1/16 final mərhələsinə bu gün keçiriləcək qarşılaşmalarla yekun vurulub. İtaliyanın “Milan” klubu “San-Siro”da Serbiya “Srvena Zvezda”sı ilə qarşılaşıb. Tərəflər arasındakı ilk görüşdə qollu bərabərlik qeydə alınıb – 2:2. Cavab görüşü də heç-heçə bitib, sadəcə, İtaliya klubu səfərdə daha çox qol vurduğundan, növbəti mərhələyə yükəslib. İngiltərənin “Arsenal” klubu “Benfika”nı, “Lester “Slaviya”nın müqavimətini qırmağa çalışıb. London klubu növbəti mərhələyə yüksəlməyi bacarsa da, “Lester” evdə uduzaraq bu şansı dəyərləndirə bilməyib.

İspaniyanın “Qranada” klubuna səfərdə 2 cavabsız qolla uduzan “Napoli” bu dəfə rəqibini İtaliyada qəbul edib. Neapol təmsilçisi turu keçmək üçün ispanları 3 top fərqi ilə məğlub etməliydi. Lakin yenə uduzan İtaliya klubu mübarizəni dayandırıb.

Avropa Liqası, 1/16 final mərhələsi, cavab oyunları

24 fevral

Tottenhem – Volfsberq 4:0
Qol:
D.Alli, 11. K.Vinisius, 50; 83. Q.Beyl, 73.
İlk oyun – 4:1

25 fevral

Ayaks (Niderland) – Lill (Fransa) 2:1
Qol
: Klaassen, 15. Neres, 88 – Y.Yazıçı, 78-pen.
İlk oyun – 2:1

Arsenal (İngiltərə) – Benfika (Portuqaliya) 3:2
Qol
: Obameyanq, 21; 87. Tirni, 67 – Qonçalves, 43. R.Silva, 61.
İlk oyun – 1:1

Hoffenhaym (Almaniya) – Molde (Norveç) 0:2
Qol
: Andersen, 20; 90+5.
İlk oyun – 3:3

Napoli (İtaliya) – Qranada (İspaniya) 2:1
Qol
: Zelinski, 3. F.Ruis, 59 – Montoro, 25.
İlk oyun – 0:2

Reyncers (Şotlandiya) – Antverpen (Belçika) 5:2
Qol
: Morelos, 9. Patterson, 46. Kent, 55. Barişiç, 79-pen. İtten, 90+2-pen – Refaelov, 32. Lamkel, 57.
İlk oyun – 4:3

Şaxtyor (Donetsk, Ukrayna) – Makkabi (Təl-Əviv, İsrail) 1:0
Qol
: Moraes, 67-pen.
İlk oyun – 2:0

Vilyarreal (İspaniya) – Zalsburq (Avstriya) 2:1
Qol
: Moreno, 40; 89-pen – Berişa, 17.
İlk oyun – 2:0

Milan (İtaliya) – Srvena Zvezda (Serbiya) 1:1
Qol
: Kessye, 9-pen – Ben, 24.
İlk oyun – 2:2

Roma (İtaliya) – Braqa (Portuqaliya) 3:1
Qol
: Dzeko, 24. L.Peres, 75. Mayoral, 90+1 – Kristante, 88-öz qapısına.
İlk oyun – 2:0

Bayer (Leverkuzen, Almaniya) – Yanq Boyz (İsveçrə) 0:2
Qol
: Siboçu, 48. Fassnaxt, 86.
İlk oyun – 3:4

Brügge (Belçika) – Dinamo (Kiyev, Ukrayna) 0:1
Qol
: Buyalski, 83.
İlk oyun – 1:1

Dinamo (Zaqreb, Xorvatiya) – Krasnodar (Rusiya) 1:0
Qol
: Orsiç, 35.
İlk oyun – 3:2

Lester (İngiltərə) – Slaviya (Praqa, Çexiya) 0:2
Qol
: Provod, 49. Sima, 79.
İlk oyun – 0:0

Mançester Yunayted (İngiltərə) – Real Sosyedad (İspaniya) 0:0
İlk oyun – 4:0

PSV (Niderland) – Olimpiakos (Yunanıstan) 2:1
Qol
: Zahavi, 23; 44 – Koka, 88.
İlk oyun – 2:4