“Alanyaspor” 3 xalı 6 qolla qazandı

Futbol üzrə Türkiyə Super Liqasında 9-cu tura yekun vurulub.

Komanda.az xəbər verir ki, açılış matçında lider “Beşiktaş” İstanbulda “Başakşəhər”in qonağı olub. Beş qolun qeydə alındığı İstanbul derbisi meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

Şənbə günü daha üç qarşılaşma baş tutub. Dörd qolun qeydə alındığı “Sivasspor” – “Antalyaspor” matçında qalib müəyyənləşməyib. “Girəsunspor” “Rizəspor” üzərində inamlı qələbəyə sevinib. “Adana Dəmirspor” isə evdə “Yeni Malatyaspor”a uduzub.

“Qalatasaray” bu turda “Konyaspor”u qəbul edib və minimal hesabla qalib gəlib. Turun mərkəzi görüşü Trabzonda keçirilib. Yerli “Trabzonspor” komandası burda “Fənərbaxça”nı qəbul edib. Dörd qolluq qarşılaşma meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

Sonuncu oyun günündə iki görüş baş tutub. Doqquz qolun qeydə alındığı “Alanyaspor” – “Kayserispor” matçı meydan sahiblərinin qələbəsiylə yekunlaşıb. “Hatayspor” da “Qaziantep”i məğlub yola salıb.

Türkiyə Super Liqası, 9-cu tur

15 oktyabr

Başakşəhər – Beşiktaş 3:2
Qol
: Okaka, 40; 83. Gulbrandsen, 85 – A.Teyşeyra, 59. Batşuayi, 90+1-pen.

16 oktyabr

Girəsunspor – Rizəspor 2:0
Qol
: S.Ay, 62-öz qapısına. Çampness, 90+4.

Sivasspor – Antalyaspor 2:2
Qol
: C.Osmanpaşa, 10. Kayode, 45+4 – Fredi, 24. D.Sinik, 42.

Adana Dəmirspor – Yeni Malatyaspor 0:2
Qol
: Tette, 36. S.Dəli, 55-öz qapısına.

17 oktyabr

Kasımpaşa – Göztəpə 1:2
Qol
: Y.Ərdoğan, 51 – Yahoviç, 67. Tiyaniç, 86.

Qalatasaray – Konyaspor 1:0
Qol
: M.Məhəmməd, 4.

Altay – Fatih Karagümrük 0:1
Qol
: Karamo, 15.

Trabzonspor – Fənərbaxça 3:1
Qol
: Bakasetas, 25; 87. Y.Sarı, 90 – Rossi, 3.

18 oktyabr

Alanyaspor – Kayserispor 6:3
Qol
: E.Karaca, 14. Hosseyni, 22-öz qapısına. Davidson, 45; 79. U.Günəş, 55. Dyedyu, 77 – O.Bulut, 9. Qavranoviç, 15. M.Pektemek, 88.

Hatayspor – Qaziantep 2:1
Qol
: Diuf, 52-pen. M.Kamara, 73 – A.Sağal, 82.

Bombardir: Aleksandar Peşiç, Andrea Bertolaççi (hər ikisi “Fatih Karagümrük”), Anastasios Bakasetas (Trabzonspor) – 5 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button