“Qalatasaray” evdə xal itirdi

Futbol üzrə Türkiyə Super Liqasında 9-cu tura start verilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma keçirilib.

“Qarabağ”ın Avropa Liqasındakı rəqiblərindən olan “Sivasspor” bu turda “Fatih Karagümrük”lə qarşılaşıb və heç-heçəyə razılaşıb. “Fənərbaxça” “Gənclərbirliyi” ilə səfər oyununda darmadağına sevinib.

Turun mərkəzi görüşü İstanbulda keçirilib. “Beşiktaş” doğma meydanda son çempion “Başakşəhər”i məğlub edib. “Qaziantep” də səfərdə “Dənizlispor”dan üstün olub.

Bazar günü daha beş qarşılaşma baş tutub. “Hatayspor” – “Rizəspor” matçında qalib müəyyənləşməyib. “Göztəpə” “Ankaragücü”nü, “Konyaspor” “Kasımpaşa”nı, “Trabzonspor” “Ərzurumspor”u məğlub yola salıb. Lider “Alanyaspor” da səfərdə “Antalyaspor”a qalib gəlib.

Turun qapanış matçında “Qalatasaray” “Kayserispor”la üz-üzə gəlib. Tərəflər bu oyunda hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

Türkiyə Super Liqası, 9-cu tur

21 noyabr

Fatih Karagümrük – Sivasspor 1:1
Qol
: Sabo, 86 – Liçay, 44-öz qapısına.

Dənizlispor – Qaziantep 0:1
Qol
: K.Özer, 26.

Gənclərbirliyi – Fənərbaxça 1:5
Qol
: Anxelo, 31 – M.Yandaş, 14. Perotti, 38-pen; 69. Sosa, 47. O.Tufan, 72.

Beşiktaş – Başakşəhər 3:2
Qol
: Hatçinson, 44. Larin, 45+1. Abubakar, 72 – Qulbrandsen, 81; 90+4.

22 noyabr

Hatayspor – Rizəspor 2:2
Qol
: Aabid, 36. Bupendza, 90+6 – Diuf, 12-öz qapısına. Boldrin, 64.

Göztəpə – Ankaragücü 3:1
Qol
: Ndiaye, 10; 67. Akbunar, 62 – Borven, 90+1.

Konyaspor – Kasımpaşa 2:1
Qol
: Şkubiç, 49. M.Çağıran, 89 – A.Kara, 17.

Antalyaspor – Alanyaspor 0:2
Qol
: S.Uçan, 55. B.Kutlu, 84.

Trabzonspor – Ərzurumspor 1:0
Qol
: Ekuban, 23.

23 noyabr

Qalatasaray – Kayserispor 1:1
Qol
: D.Mbaye, 62-pen – Kampanyaro, 71.

Bombardir: Devidson (Alanyaspor), Lorik Remi (Rizəspor) – 6 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button