“Qalatasaray” da qalib gəldi, “Fənərbaxça” da

Futbol üzrə Türkiyə Super Liqasında 8-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib. “Başakşəhər” səfərdə “Fatih Karagümrük”lə, “Adana Dəmirspor” isə “Antalyaspor”la qarşılaşıb. “Başakşəhər” səfərdən əliboş döndüyü halda, Adana təmsilçisi turu qələbəylə başa vurub.

Şənbə günü dörd qarşılaşma baş tutub. “Konyaspor” – “Alanyaspor” matçında qalib müəyyənləşməyib. “Kayserispor” evdə “Trabzonspor”a, “Göztəpə” isə bu tura qədər qələbəsiz olan “Girəsunspor”a uduzub.

Son çempion “Beşiktaş” bu dəfə “Sivasspor”u qəbul edib. “Qara qartallar” doğma meydanda çətin qələbəyə seviniblər.

Lider “Fənərbaxça” bu turda doğma meydanda “Kasımpaşa”nı sınağa çəkib və qələbə qazanıb. “Qalatasaray” isə “Rizəspor”la səfər oyunundan çətin qələbəylə ayrılıb. “Yeni Malatyaspor” evdə “Hatayspor”a uduzubsa, “Qaziantep” “Altay”ı darmadağınla yola salıb.

Türkiyə Super Liqası, 8-ci tur

1 oktyabr

Fatih Karagümrük – Başakşəhər 3:1
Qol
: Bertolaççi, 19; 30. Balkoveç, 37 – Aleksiç, 84.

Antalyaspor – Adana Dəmirspor 1:2
Qol
: B.Balçı, 59 – Balotelli, 42. Varqas, 79.

2 oktyabr

Konyaspor – Alanyaspor 1:1
Qol
: Avazim, 87-öz qapısına – F.Aksoy, 49.

Kayserispor – Trabzonspor 1:2
Qol
: Bassan, 41 – Bakasetas, 12; 60-pen.

Göztəpə – Girəsunspor 0:1
Qol
: Diabate, 71-pen.

Beşiktaş – Sivasspor 2:1
Qol
: G.Yalçın, 32; 69 – R.Yılmaz, 54-öz qapısına.

3 oktyabr

Yeni Malatyaspor – Hatayspor 0:2
Qol
: El Kaabi, 35. M.Kamara, 70.

Qaziantep – Altay 4:1
Qol
: Maksim, 52-pen; 61. Merkel, 57. Diko, 73 – E.Çelenk, 63.

Fənərbaxça – Kasımpaşa 2:1
Qol
: Berişa, 16. L.Qustavo, 45+4 – Travnik, 53.

Rizəspor – Qalatasaray 2:3
Qol
: Pohyanpalo, 17; 25 – M.Məhəmməd, 5; 75. Morutan, 90+11.

Bombardir: Aleksandar Peşiç (“Fatih Karagümrük”) – 5 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button