“Fənərbaxça” evdə xal itirdi

Futbol üzrə Türkiyə Super Liqasında 28-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib. Turun açılış matçında “Qaziantep” autsayderlər qrupunda yer alan “Gənclərbirliyi”ni qəbul edib və rəqibini məğlub yola salıb. Ötən tur istirahət edən “Beşiktaş” bu turda çətin “Yeni Malatyaspor” səfərinə yollanıb. İstanbul klubu bu görüşdən minimal hesabla qalib ayrılıb.

Lider “Qalatasaray”ın bu turdakı rəqibi turnir cədvəlinin sonuncusu “Ankaragücü” olub. İstanbul təmsilçisi bu oyundan məğlubiyyətlə ayrılıb.

“Fənərbaxça” “Antalyaspor”u qəbul edib və xal itkisi ilə üzləşib. “Alanyaspor” – “Göztəpə” matçı da heç-heçə yekunlaşıb. “Trabzonspor” isə “Kasımpaşa” səfərindən çətin qələbə ilə dönüb.

Türkiyə Super Liqası, 28-ci tur

2 mart

Qaziantep – Gənclərbirliyi 2:1
Qol
: K.Özer, 59. Cefferson, 79 – Lima, 18.

Yeni Malatyaspor – Beşiktaş 0:1
Qol
: Hatçinson, 59.

3 mart

Ərzurumspor – Fatih Karagümrük 2:2
Qol
: Şaheşuhe, 17-pen. O.Çelik, 63 – Sobiex, 30. Kastro, 53.

Başakşəhər – Konyaspor 1:1
Qol
: D.Ba, 85 – Çikalleşi, 79.

Sivasspor – Hatayspor 1:1
Qol
: Yatabare, 54 – Diuf, 59.

Ankaragücü – Qalatasaray 2:1
Qol
: İ.Akdağ, 45+1-pen. Lodjanidze, 55 – K.Aktürkoğlu, 90+2.

Kayserispor – Rizəspor 2:1
Qol
: Muhar, 48. İ.Parlak, 77 – Samu, 73.

4 mart

Kasımpaşa – Trabzonspor 1:1
Qol
: Y.Erdoğan, 39-pen – Djanini, 24. Bakasetas, 73.

Alanyaspor – Göztəpə 1:1
Qol
: Tsavellas, 54 – F.Aksoy, 43-öz qapısına.

Fənərbaxça – Antalyaspor 1:1
Qol
: Valensiya, 83 – Fredi, 12.

Bombardir: Aaron Bupendza (Hatayspor) – 18 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button