“Rizəspor”dan “Ankaragücü” ilə heç-heçə

Türkiyə Super Liqasında 26-cı tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib.

Turun açılış matçında ardıcıl 6 oyundur qələbə qazanan “Trabzonspor” son çempion “Başakşəhər”in qonağı olub. Trabzon təmsilçisi bu oyundan minimal hesabla qalib ayrılıb.

Şənbə günü daha dörd görüş baş tutub. “Kasımpaşa” evdə “Fatih Karagümrük”ə, “Dənizlispor” “Gənclərbirliyi”nə qalib gəlibsə, “Yeni Malatyaspor” “Konyaspor”la matçdan məğlub ayrılıb. Lider “Qalatasaray” isə bu turda “Alanyaspor”un qonağı olub və minimal hesabla qalib gəlib.

Bazar günü “Hatayspor” səfərdə “Ərzurumspor”a qalib gəlibsə, “Sivasspor” evdə “Kayserispor”u üstələyib. “Qaziantep” – “Antalyaspor” görüşündə hesab açılmayıb. “Fənərbaxça” isə evdə “Göztəpə” ilə üz-üzə gəlib. İstanbul təmsilçisi bu oyunda minimal hesabla məğlub olub.

Sonuncu oyun günündə “Ankaragücü” doğma meydanda “Rizəspor”la heç-heçəyə razılaşıb.

Türkiyə Super Liqası, 26-cı tur

19 fevral

Başakşəhər – Trabzonspor 0:1
Qol
: Y.Sarı, 79.

20 fevral

Kasımpaşa – Fatih Karagümrük 3:2
Qol
: Telin, 20. Y.Erdoğan, 59; 68 – Roko, 14. Kastro, 80.

Dənizlispor – Gənclərbirliyi 1:0
Qol
: Mesanoviç, 19.

Yeni Malatyaspor – Konyaspor 2:3
Qol
: A.Büyük, 24; 45+3-pen – Diomande, 72. Çikalleşi, 80; 84.

Alanyaspor – Qalatasaray 0:1
Qol
: E.Kılınc, 18.

21 fevral

Ərzurumspor – Hatayspor 1:3
Qol
: O.Karakullukçu, 90+2 – Katranis, 23. Diuf, 45+3-pen. Bupendza, 51.

Qaziantep – Antalyaspor 0:0

Sivasspor – Kayserispor 2:0
Qol
: Yatabare, 18. Qradel, 90+2-pen.

Fənərbaxça – Göztəpə 0:1
Qol
: H.Akbunar, 9.

22 fevral

Ankaragücü – Rizəspor 1:1
Qol
: Borven, 45+1 – Donsah, 3.

Bombardir: Aaron Bupendza (Hatayspor) – 18 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button