“Qalatasaray”la “Beşiktaş” xal itirdi

Futbol üzrə Türkiyə Super Liqasında 24-cü tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib. “Konyaspor” “Girəsunspor”u qəbul edib və minimal hesabla qalib gəlib. “Hatayspor” isə səfərdə “Kayserispor”un qonağı olub. Yeddi qolun qeydə alındığı bu oyun da meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

Şənbə günü dörd qarşılaşma baş tutub. “Qaziantep” doğma meydanda “Sivasspor” üzərində darmadağına sevinib. “Fatih Karagümrük” isə “Yeni Malatyaspor”u məğlub yola salıb.

Lider “Trabzonspor”un bu turdakı rəqibi “Kasımpaşa” olub. Trabzon təmsilçisi də 3 xalı tək qolla qazanıb. Turun mərkəzi görüşündə “Fənərbaxça” “Başakşəhər”lə üz-üzə gəlib. İstanbul təmsilçilərinin duelində qonaqlar minimal hesabla üstün olublar.
“Qalatasaray” “Alanyaspor”la, “Beşiktaş” isə “Antalyaspor”la qarşılaşıb. İstanbul təmsilçiləri bu oyunlardan 1 xalla ayrılıblar.

Türkiyə Super Liqası, 24-cü tur

4 fevral

Konyaspor – Girəsunspor 1:0
Qol
: Byutyuqi, 65.
Kayserispor – Hatayspor 4:3
Qol
: İ.Akdağ, 25-pen. Mane, 49. Bassan, 61. U.Dəmirok, 68 – Luis, 51. Falette, 70. F.Kurucuk, 90+4.

5 fevral

Qaziantep – Sivasspor 5:1
Qol
: Djilobodji, 6; 41. M.Dəmir, 12. Maksim, 70-pen. F.Soyalp, 76 – Qotas, 29.
Trabzonspor – Kasımpaşa 1:0
Qol
: Vişça, 6.
Fatih Karagümrük – Yeni Malatyaspor 1:0
Qol
: S.Dursun, 63.
Fənərbaxça – Başakşəhər 0:1
Qol
: B.Özcan, 61.

6 fevral

Alanyaspor – Qalatasaray 1:1
Qol
: Eduardo, 39 – K.Aktürkoğlu, 41.
Rizəspor – Adana Dəmirspor 1:3
Qol
: Y.Sarı, 80 – Byarnason, 27. Balotelli, 33; 71.
Beşiktaş – Antalyaspor 0:0
Göztəpə – Altay 0:2
Qol
: Kadah, 42. Tasiano, 49.

Bombardir: Aleksandar Peşiç (“Fatih Karagümrük”) – 12 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button