“Qalatasaray” yenə uduzdu

Bu gün Türkiyə Super Liqasında 22-ci tura start verilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma keçirilib. Turun açılış matçında “Qaziantep” doğma meydanda “Yeni Malatyaspor”la qarşılaşıb. Lakin bu oyun güclü qar səbəbindən yarıda qalıb.

“Beşiktaş” bu turda “Fatih Karagümrük” səfərinə yollanıb və minimal hesabla qalib gəlib. Turnir cədvəlinin 2-ci sırasında yer alan “Konyaspor”un rəqibi “Adana Dəmirspor” olub. Konyalılar da evdə minimal hesabla üstün olublar.

“Fənərbaxça” bu turda “Altay”ı qəbul edib. İstanbul təmsilçisi bu oyunda əzmkar qələbəyə sevinib. Lider “Trabzonspor” isə “Girəsunspor”la üz-üzə gəlib. Trabzonlular bu dəfə xal itkisi ilə üzləşiblər. “Başakşəhər” isə uzun fasilədən sonra bu turda “Kayserispor”la oyunda məğlubiyyətə üzülüb.

Sonuncu oyun günündə üç görüş baş tutub. “Rizəspor” doğma meydanda “Antalyaspor”a, “Alanyaspor” isə “Hatayspor”a qalib gəlib. “Qalatasaray” isə bu tur doğma meydanda “Kasımpaşa”ya məğlub olub.

Türkiyə Super Liqası, 22-ci tur

18 yanvar

Fatih Karagümrük – Beşiktaş 0:1
Qol
: Batşuayi, 39-pen.

Konyaspor – Adana Dəmirspor 1:0
Qol
: Rahmanoviç, 53.

Qaziantep – Yeni Malatyaspor matçı yarıda qalıb

19 yanvar

Göztəpə – Sivasspor 2:1
Qol
: Nukan, 22. Tiyaniç, 80 – P.Enrike, 49-pen.

Kayserispor – Başakşəhər 1:0
Qol
: U.Dəmirok, 73.

Trabzonspor – Girəsunspor 1:1
Qol
: Kornelius, 78 – U.Nayir, 68.

Fənərbaxça – Altay 2:1
Qol
: İ.Kahveçi, 37. S.Dursun, 71 – Rayan, 14.

20 yanvar

Rizəspor – Antalyaspor 2:1
Qol: Pohyanpalo, 43. G.Gönül, 58 – Rayt, 37.

Alanyaspor – Hatayspor 6:0
Qol
: E.Akbaba, 17; 59; 74. Eduardo, 31. O.Aydın, 77; 80.

Qalatasaray – Kasımpaşa 1:3
Qol
: H.Dərvişoğlu, 39 – Donk, 45+3. U.Bozok, 60. Varqa, 90+5.

Bombardir: Aleksandar Peşiç (“Fatih Karagümrük”) – 12 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button