Super Liqanın lideri doğma meydanda xal itirdi

Türkiyə Super Liqasında 19-cu tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. “Gənclərbirliyi” doğma azarkeşləri qarşısında “Qaziantep”i qəbul edib. Meydan sahibləri bu qarşılaşmada minimal hesabla üstün olublar.

Şənbə günü üç görüş baş tutub. “Kayserispor” – “Ankaragücü” matçında qalib müəyyənləşməyib. “Kasımpaşa” doğma meydanda “Alanyaspor”a uduzub.

Turun mərkəzi görüşü İstanbulda keçirilib. “Fənərbaxça” doğma azarkeşləri qarşısında “Başakşəhər”i qəbul edib. Derbi meydan sahiblərinin inamlı qələbəsiylə yekunlaşıb.

Bazar günü “Dənizlispor” doğma meydanda “Antalyaspor”a böyük hesabla uduzub. “Qalatasaray” “Konyaspor”la görüşdə darmadağına sevinib. “Beşiktaş” isə “Göztəpə” ilə qarşılaşmadan məğlubiyyətlə ayrılıb.

Lider “Sivasspor” bu turda “Rizəspor”u sınağa çəkib. Sivaslılar bu qarşılaşmada məğlubiyyətdən son anda xilas olublar.

Türkiyə Super Liqası, 19-cu tur

24 yanvar

Gənclərbirliyi – Qaziantep 1:0
Qol
: Sessenyon, 64-pen.

25 yanvar

Kayserispor – Ankaragücü 1:1
Qol
: Mensah, 23 – A.Kubalaş, 68.

Kasımpaşa – Alanyaspor 1:2
Qol
: Kuaresma, 67-pen – Sisse, 34. S.Uçan, 73.

Fənərbaxça – Başakşəhər 2:0
Qol
: Kruse, 72. Muriqi, 86.

26 yanvar

Dənizlispor – Antalyaspor 0:3
Qol
: Yahoviç, 27. Mukairu, 41. Blanko, 57.

Göztəpə – Beşiktaş 2:1
Qol
: H.Akbunar, 25. Borges, 45+2 – B.Yılmaz, 38-pen.

Konyaspor – Qalatasaray 0:3
Qol
: Falkao, 26. E.Akbaba, 39. A.Büyük, 79.

27 yanvar

Sivasspor – Rizəspor 1:1
Qol
: Y.Öztekin, 90+3 – Qarmaş, 60.

21:00 Yeni Malatyaspor – Trabzonspor matçı təxirə salınıb

Bombardir: Aleksandr Sörlot (Trabzonspor) – 15 qol.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button