“Fənərbaxça”dan inamlı qələbə

Futbol üzrə Türkiyə Super Liqasında 19-cu tura start verilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub. Açılış matçında “Gənclərbirliyi” doğma meydanda “Fatih Karagümrük” komandasını qəbul edib. Dörd qolun qeydə alındığı matç qonaqların qələbəsiylə yekunlaşıb.

Son çempion “Başakşəhər” bu tur çərçivəsində “Sivasspor”u sınağa çəkəcək, “Trabzonspor” isə “Antalyaspor” səfərinə yollanacaq.

Şənbə günü daha dörd qarşılaşma baş tutub. Səfərdə “Konyaspor”la qarşılaşan “Göztəpə” çətin qələbəyə sevinib. “Qaziantep” də “Kayserispor”u məğlub yola salıb.

Son çempion “Başakşəhər” “Sivasspor”la ev oyunundan xal itkisi ilə ayrılıb. “Trabzonspor” da “Antalyaspor”la səfər görüşündə 1 xala razılaşıb.

Turun mərkəzi görüşü İstanbulda keçirilib. Lider “Beşiktaş” doğma meydanda “Qalatasaray”ı qəbul edib. Meydan sahibləri bu oyunda inamlı qələbəyə seviniblər. “Dənizlispor” evdə “Hatayspor”a uduzub. “Yeni Malatyaspor” isə “Rizəspor”la oyunda darmadağına sevinib.

Son gündə “Kasımpaşa” evdə “Ərzurumspor”a uduzub. Türkiyə kubokunda “Kasımpaşa”nı minimal hesabla məğlub edən “Fənərbaxça” isə autsayder “Ankaragücü”nü sınağa çəkib. Dörd qolun qeydə alındığı matç meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

Türkiyə Super Liqası, 19-cu tur

15 yanvar

Gənclərbirliyi – Fatih Karagümrük 1:3
Qol
: Piris, 74-pen – Bilya, 22-pen. Ndao, 36. Sobiex, 88.

16 yanvar

Konyaspor – Göztəpə 2:3
Qol
: Çikalleşi, 54. Hadziahmetoviç, 62 – Mihoyeviç, 17. Jul, 30; 58.

Qaziantep – Kayserispor 2:1
Qol
: Kvrziç, 31-öz qapısına. Maksim, 77-pen – Kolovetsios, 61.

Başakşəhər – Sivasspor 1:1
Qol
: Aleksiç, 38 – H.Arslan, 42.

Antalyaspor – Trabzonspor 1:1
Qol
: Amilton, 25 – Afobe, 90+5.

17 yanvar

Dənizlispor – Hatayspor 0:2
Qol
: M.Özkal, 47-öz qapısına. Diuf, 78-pen.

Yeni Malatyaspor – Rizəspor 4:1
Qol
: K.Kanatsızkuş, 46; 50. U.Bulut, 61. Eskihellac, 74 – Şkoda, 30-pen.

Beşiktaş – Qalatasaray 2:0
Qol
: Jozef, 79. Nkudu, 90+1.

18 yanvar

Kasımpaşa – Ərzurumspor 1:2
Qol
: Telin, 73 – Alkılıç, 31. Qomes, 68.

Fənərbaxça – Ankaragücü 3:1
Qol
: Tiam, 28. Samatta, 34. Valensia, 67 – E.Güral, 90+3.

Bombardir: Aaron Bupendza (Hatayspor) – 11 qol.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button