“Göztəpə”dən çətin qələbə

Bu gün Türkiyə Super Liqasında 15-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub. Son turlarda uğursuz çıxış edən “Beşiktaş” bu turda autsayder “Kasımpaşa”nın qonağı olub. Qarşılaşma heç-heçə bitib.

Lider “Trabzonspor”un bu turdakı rəqibi “Adana Dəmirspor” olub. Trabzonlular doğma meydanda inamlı qələbəyə seviniblər. “Qalatasaray” bu turda “Altay”ı qəbul edib. Dörd qolun qeydə alındığı bu oyun heç-heçə bitib. “Sivasspor” isə səfərdə “Alanyaspor”u minimal hesabla üstələyib.

Bazar günü daha dörd görüş baş tutub. “Kayserispor” “Antalyaspor”u, “Girəsunspor” isə “Fatih Karagümrük”ü məğlub yola salıb.

Səfərdə “Hatayspor”la qarşılaşan “Başakşəhər” 3 xalı 3 cavabsız qolla qazanıb. “Fənərbaxça” isə bu turda “Rizəspor”la ev oyununda darmadağına sevinib.

Sonuncu oyun günündə daha iki görüş baş tutub. “Konyaspor” – “Yeni Malatyaspor” matçında qapılara qol vurulmayıb. Üç qolun qeydə alındığı “Göztəpə” – “Qaziantep” matçında isə meydan sahibləri qələbə qazanıblar.

Türkiyə Super Liqası, 15-ci tur

3 dekabr

Kasımpaşa – Beşiktaş 1:1
Qol
: U.Bozok, 82 – C.Bozdoğan, 12.

4 dekabr

Alanyaspor – Sivasspor 0:1
Qol
: K.Kəsgin, 53.

Trabzonspor – Adana Dəmirspor 2:0
Qol
: Nvakaeme, 26. Hamşik, 54.

Qalatasaray – Altay 2:2
Qol
: H.Dərvişoğlu, 34. Diane, 79 – Pinares, 17. Bamba, 86-pen.

5 dekabr

Kayserispor – Antalyaspor 2:0
Qol
: Tiam, 11; 17-pen

Girəsunspor – Fatih Karagümrük 3:1
Qol
: Balde, 69. Dukara, 83; 88 – Peşiç, 28.

Hatayspor – Başakşəhər 0:3
Qol
: Aleksiç, 8-pen; 27-pen. Okaka, 45+4.

Fənərbaxça – Rizəspor 4:0
Qol
: Berişa, 13. S.Dursun, 70; 79; 90.

6 dekabr

Konyaspor – Yeni Malatyaspor 0:0

Göztəpə – Qaziantep 2:1
Qol
: Yahoviç, 39-pen; 45+4 – R.Niyaz, 61.

Bombardir: Anastasios Bakasetas (Trabzonspor) – 7 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button