“Sivasspor” evdə xal itirdi

Futbol üzrə Türkiyə Super Liqasında 12-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, açılış matçında “Kasımpaşa” ilə “Dənizlispor” komandaları üz-üzə gəlib. Beş qolun qeydə alındığı matç meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

Şənbə günü daha beş qarşılaşma baş tutub. Səfərdə “Kayserispor”la qarşılaşan “Trabzonspor” qolsuz heç-heçəyə razılaşıb. “Hatayspor” “Fatih Karagümrük”ü, “Rizəspor” “Göztəpə”ni, “Ankaragücü” isə “Konyaspor”u məğlub yola salıb. “Fənərbaxça” bu turda “Yeni Malatyaspor”la qarşılaşıb. İstanbul təmsilçisi bu oyunda böyük hesabla məğlub olub.

Lider “Alanyaspor” bu tur çərçivəsində “Beşiktaş”la qarşılaşıb. Üç qolun qeydə alındığı matç meydan sahiblərinin qələbəsiylə yekunlaşıb. Son çempion “Başakşəhər” isə “Qaziantep”lə ev oyunundan məğlub ayrılıb. “Ərzurumspor” da evdə “Gənclərbirliyi”nə minimal məğlub olub.

Turun qapanış matçında “Sivasspor” doğma meydanda “Antalyaspor”la qolsuz bərabərliyə razılaşıb.

Türkiyə Super Liqası, 12-ci tur

11 dekabr

Kasımpaşa – Dənizlispor 3:2
Qol
: Koyta, 36; 42. Varqa, 51 – Niyaz, 39. Rodalleqa, 90+1-pen.

12 dekabr

Hatayspor – Fatih Karagümrük 3:1
Qol
: S.İlqaz, 11. Bupendza, 75; 83 – C.Durmaz, 65.

Kayserispor – Trabzonspor 0:0

Rizəspor – Göztəpə 3:2
Qol
: Boldrin, 45+3-pen. Mixalak, 57. Şkoda, 90+1 – Y.Kayan, 66. Napoleoni, 81.

Ankaragücü – Konyaspor 4:3
Qol
: Lobjanidze, 16. Borven, 48. Peyntsil, 78. E.Güral, 89-pen – U.Demirok, 29-pen. Miloşeviç, 38. Şkubiç, 69.

Fənərbaxça – Yeni Malatyaspor 0:3
Qol
: A.Büyük, 9-pen. U.Bulut, 22. Ndayişimiye, 48.

13 dekabr

Ərzurumspor – Gənclərbirliyi 0:1
Qol
: S.Yılmaz, 81.

Başakşəhər – Qaziantep 1:2
Qol
: Krivelli, 56 – Miralyas, 44. M.Demir, 74.

Alanyaspor – Beşiktaş 2:1
Qol
: Bakasetas, 26-pen; 79 – Abubakar, 90-pen.

14 dekabr

Sivasspor – Antalyaspor 0:0

Bombardir: Devidson (Alanyaspor), Lorik Remi (Rizəspor), Vensan Abubakar (Beşiktaş) – 6 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button