“Göztəpə”yə “Sivasspor”la oyunda 1 qol bəs etdi

Futbol üzrə Türkiyə Super Liqasında 10-cu tura yekun vurulub.

Komanda.az xəbər verir ki, turun açılış matçında “Trabzonspor” “Ankaragücü” ilə qarşılaşıb. Trabzonlular səfərdə minimal hesabla üstün olublar.

Şənbə günü “Qaziantep” evdə “Yeni Malatyaspor”la, “Başakşəhər” isə “Dənizlispor”la heç-heçəyə razılaşıb. “Qalatasaray” bu turda Qaradəniz səfərində “Rizəspor”un qonağı olub və 4 cavabsız qola sevinib.

Dörd qolun vurulduğu “Ərzurumspor” – “Antalyaspor” matçında qalib müəyyənləşməyib. “Kasımpaşa” “Gənclərbirliyi”ni, “Alanyaspor” “Konyaspor”u məğlub yola salıb.

Turun mərkəzi görüşü İstanbulda keçirilib. Mövsümə uğurlu start verən “Fənərbaxça” doğma meydanda “Beşiktaş”la qarşılaşıb. 7 qolun vurulduğu derbidə sevinən tərəf “qara qartallar” olub.

“Qarabağ”ın Avropa Liqasındakı rəqiblərindən olan “Sivasspor” “Göztəpə” ilə üz-üzə gəlib. Bu oyunda qonaqlar minimal hesabla üstün olublar. “Kayserispor” – “Fatih Karagümrük” matçında isə qapılara qol vurulmayıb.

Türkiyə Super Liqası, 10-cu tur

27 noyabr

Ankaragücü – Trabzonspor 0:1
Qol
: Baker, 45+1.

28 noyabr

Qaziantep – Yeni Malatyaspor 2:2
Qol
: Miralyas, 19. Kana, 74 – A.Büyük, 50. J.Topallı, 90+5.

Başakşəhər – Dənizlispor 3:3
Qol
: Gulbrandsen, 11; 21. D.Ba, 59 – O.Özdemir, 62. Rodalleqa, 90+1. Muravski, 90+6-pen.

Rizəspor – Qalatasaray 0:4
Qol
: Mbaye, 45+1; 52; 79. T.Antalyalı, 86.

29 noyabr

Ərzurumspor – Antalyaspor 2:2
Qol
: Kanak, 29. Qomes, 85 – V.Sarı, 60. G.Bayrakdar, 65.

Kasımpaşa – Gənclərbirliyi 2:0
Qol
: Hodziç, 16; 25.

Alanyaspor – Konyaspor 1:0
Qol
: Babakar, 37.

Fənərbaxça – Beşiktaş 3:4
Qol
: Sisse, 34. O.Tufan, 68; 90+7 – Abubakar, 4; 20. N.Uysal, 54. Nskala, 88.

30 noyabr

Kayserispor – Fatih Karagümrük 0:0

Sivasspor – Göztəpə 0:1
Qol
: H.Akbunar, 80.

Bombardir: Devidson (Alanyaspor), Lorik Remi (Rizəspor) – 6 qol.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button