“Rizəspor”dan inamlı qələbə

Türkiyə Super Liqasında mövsümün 2-ci dövrəsinə start verilib.

Komanda.az xəbər verir ki, 18-ci turun açılış oyununda autsayderlər qrupunda yer alan “Ankaragücü” ilə “Konyaspor” qarşılaşıb. Qonaqlar bu oyunda son dəqiqə qolu sayəsində 3 xal qazanıblar.

“Fənərbaxça” bu turda “Qaziantep”in qonağı olub və inamlı qələbəyə sevinib. “Alanyaspor” “Konyaspor”u, “Başakşəhər” isə “Yeni Malatyaspor”u darmadağınla yola salıb.

Bazar günü daha dörd qarşılaşma baş tutub. “Antalyaspor” doğma meydanda “Göztəpə”yə 3 cavabsız qolla uduzub. “Trabzonspor” doğma meydanda “Kasımpaşa”ya 6 cavabsız qolla qalib gəlib. “Qalatasaray” “Dənizlispor”la ev oyunundan qalib ayrılıb. Lider “Sivasspor” isə çətin “Beşiktaş” səfərinə yollanıb. İstanbul klubu bu görüşdə məğlubiyyətlə üzləşib.

Sonuncu oyun günündə “Rizəspor” doğma meydanda “Gənclərbirliyi”ni qəbul edib. Turnir cədvəlində qonşu olan komandaların duelində sevinən tərəf meydan sahibləri olub.

Türkiyə Super Liqası, 18-ci tur

17 yanvar

Ankaragücü – Konyaspor 0:1
Qol
: Şengeliya, 90+1.

18 yanvar

Alanyaspor – Kayserispor 5:1
Qol
: Tsavellas, 38. Bakasetas, 59. Sisse, 62. Fernandes, 84; 90+1 – P.Enrike, 87.

Başakşəhər – Yeni Malatyaspor 4:1
Qol
: Vişça, 21. D.Ba, 26. İ.Kahveçi, 33. M.Tekdemir, 41 – Yahoviç, 63.

Qaziantep – Fənərbaxça 0:2
Qol
: Kruse, 51. Muriqi, 90+2.

19 yanvar

Antalyaspor – Göztəpə 0:3
Qol
: H.Akbunar, 16. S.Gürler, 36. S.Aydoğdu, 45+2.

Qalatasaray – Dənizlispor 2:1
Qol
: Akbad, 26. Falkao, 57 – M.Özkal, 64.

Trabzonspor – Kasımpaşa 6:0
Qol
: Sosa, 25. Sorlot, 27; 55; 88. Nvakaeme, 29; 83.

Beşiktaş – Sivasspor 1:2
Qol
: Lyayiç, 33 – E.Yeşilyurt, 7. Yatabare, 45.

20 yanvar

Rizəspor – Gənclərbirliyi 2:0
Qol
: Şkoda, 70; 85.

Bombardir: Aleksandr Sörlot (Trabzonspor) – 15 qol.