“Alanyaspor” “Fənərbaxça”nı da məğlub etdi

Türkiyə Super Liqasında 4-cü tura yekun vurulub.

Komanda.az xəbər verir ki, turun oyunları 4 günü əhatə edəcək. Açılış matçında son çempion “Qalatasaray” “Kasımpaşa”nı qəbul edib. Yeni transferi Falkaonun vurduğu yeganə qol İstanbul təmsilçisinə qələbə qazandırıb.

“Başakşəhər” “Sivasspor”la ev oyunundan heç-heçə ilə ayrılıb. “Beşiktaş” isə “Qazişəhər”lə qarşılaşıb və məğlubiyyətlə üzləşib.

Səfərdə “Dənizlispor”la qarşılaşan “Konyaspor” minimal hesabla üstün olub. “Yeni Malatyaspor” “Ankaragücü” ilə qarşılaşmada 4 cavabsız qola sevinib.

“Rizəspor” – “Göztəpə” matçında qapılara qol vurulmayıb. Dörd qolun qeydə alındığı “Trabzonspor” – “Gənclərbirliyi” matçında da qalib müəyyənləşməyib.

“Fənərbaxça” bu turda səfərdə “Alanyaspor”la üz-üzə gəlib. İstanbul təmsilçisi cari mövsümdə maksimum nəticə göstərən rəqiblə görüşdən məğlub ayrılıb.

Türkiyə Super Liqası, 4-cü tur

13 sentyabr

Qalatasaray – Kasımpaşa 1:0
Qol
: Falkao, 38.

14 sentyabr

Başakşəhər – Sivasspor 1:1
Qol
: Vişça, 56 – Yatabare, 39.

Antalyaspor – Kayserispor 2:2
Qol
: Blanko, 2. S.Özkan, 5-pen – Adebayor, 44-pen. Pouleyn, 74.

Qazişəhər – Beşiktaş 3:2
Qol
: Tvumasi, 8-pen. G.Vural, 59. Çibsah, 80 – U.Nayır, 83. Hatçinson, 85.

15 sentyabr

Ankaragücü – Yeni Malatyaspor 0:4
Qol
: Yahoviç, 26. Bifuma, 33. Gilyerme, 43. Donald, 82.

Rizəspor – Göztəpə 0:0

Dənizlispor – Konyaspor 0:1
Qol
: Miya, 54.

Trabzonspor – Gənclərbirliyi 2:2
Qol
: Novak, 17. Sorlot, 57-pen – Stanku, 44. Sessenyon, 84.

16 sentyabr

Alanyaspor – Fənərbaxça 3:1
Qol
: Sisse, 45+2; 46. Fernandes, 62 – T.Cigerci, 39.

Bombardir: Papiss Sisse (Alanyaspor) – 5 qol.