“Qaziantep”lə “Alanyaspor” doğma meydanda sevindi

Futbol üzrə Türkiyə Super Liqasında 4-cü tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub. Tura “Fatih Karagümrük” – “Adana Dəmirspor” və “Konyaspor” – “Altay” matçlarıyla start verilib. İtaliyalı Vinçentso Montellaya tapşırılan Adana təmsilçisi, yeni baş məşqçisinin debüt matçında 4 cavabsız qola üzülüb. Konyadakı matçda da meydan sahibləri inamlı qələbəyə seviniblər.

Son çempion “Beşiktaş” bu turda doğma meydanda “Yeni Malatyaspor”u qəbul edib və 3 cavabsız qolla qalib gəlib. “Kayserispor” isə “Kasımpaşa”nı məğlub yola salıb.

“Fənərbaxça” “Sivasspor”u sınağa çəkib və xal itkisi ilə üzləşib. Turun mərkəzi görüşündə Qaradəniz təmsilçisi “Trabzonspor” “Qalatasaray”la üz-üzə gəlib. Dörd qolun qeydə alındığı bu oyun da heç-heçə yekunlaşıb. “Rizəspor” evdə “Hatayspor”a iki cavabsız qolla uduzub. “Göztəpə” isə “Başakşəhər”i məğlub yola salıb.

Sonuncu oyun günündə iki qarşılaşma baş tutub. “Qaziantep” “Antalyaspor”u, “Alanyaspor” isə “Girəsunspor”u qəbul edib. Hər iki oyunda meydan sahibləri qalib gəliblər.

Türkiyə Super Liqası, 4-cü tur

11 sentyabr

Fatih Karagümrük – Adana Dəmirspor 4:0
Qol
: Peşiç, 14; 21. Bertolaççi, 58. Karamo, 79.

Konyaspor – Altay 3:1
Qol
: S.Dikmen, 7. A.Bardakçı, 20. Rahmanoviç, 83 – Rayan, 90+2.

Beşiktaş – Yeni Malatyaspor 3:0
Qol
: Batşuayi, 7; 52. Nkudu, 10.

Kayserispor – Kasımpaşa 2:0
Qol
: Mensah, 33. M.Kardozo, 90+2.

12 sentyabr

Fənərbaxça – Sivasspor 1:1
Qol
: Osayi-Samuel, 23 – P.Enrike, 45-pen.

Rizəspor – Hatayspor 0:2
Qol
: Diuf, 80. El Kaabi, 89.

Trabzonspor – Qalatasaray 2:2
Qol
: Kornelius, 41. Nvakaeme, 62 – E.Kılınc, 20; 33.

Göztəpə – Başakşəhər 2:1
Qol
: Ndiaye, 64. Tiyaniç, 83 – D.Dürüç, 7.

13 sentyabr

Qaziantep – Antalyaspor 2:0
Qol
: M.Demir, 54-pen. Mendil, 90+9.

Alanyaspor – Girəsunspor 1:0
Qol
: Avazim, 8.

Bombardir: Entoni Nvakaeme (“Trabzonspor”) – 4 qol.