“Başakşəhər” uduzdu, “Fənərbaxça” xal itirdi

Futbol üzrə Türkiyə Super Liqasında 33-cü tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub. “Göztəpə” doğma meydanda “Rizəspor” üzərində inamlı qələbəyə sevinib. “Fatih Karagümrük” isə “Hatayspor”u minimal hesabla məğlub edib. “Trabzonspor”un bu turdakı rəqibi autsayderlər sırasında yer alan “Kayserispor” olub. Trabzonlular bu görüşdə xal itkisi ilə üzləşiblər.

Ötən tur “Kasımpaşa” səfərindən əliboş qayıdan lider “Beşiktaş”, bu dəfə “Alanyaspor”la qarşılaşıb. İstanbul təmsilçisi doğma meydanda darmadağına sevinib. “Gənclərbirliyi” – “Ərzurumspor” və “Konyaspor” – “Ankaragücü” görüşlərində qalib müəyyənləşməyib. Altı qolun qeydə alındığı “Antalyaspor” – “Sivasspor” görüşü isə qonaqların qələbəsiylə yekunlaşıb.

Son çempion “Başakşəhər” səfərdə “Qaziantep”ə məğlub olub. Turnir cədvəlinin 2-ci pilləsinə yüksələn “Fənərbaxça” isə çətin “Yeni Malatyaspor” səfərinə yollanıb və xal itkisi ilə üzləşib.

Türkiyə Super Liqası, 33-cü tur

6 aprel

Göztəpə – Rizəspor 2:0
Qol
: H.Akbunar, 56. Ndiaye, 78.

Fatih Karagümrük – Hatayspor 1:0
Qol
: Sobiex, 70.

Trabzonspor – Kayserispor 1:1
Qol
: Bakasetas, 29 – M.Çelik, 6.

7 aprel

Gənclərbirliyi – Ərzurumspor 1:1
Qol
: Lima, 29 – Da Kosta, 90+2.

Konyaspor – Ankaragücü 1:1
Qol
: Şengeliya, 76 – Badji, 65.

Antalyaspor – Sivasspor 2:4
Qol
: Fredi, 27-pen; 67 – Boyd, 1; 36. Yatabare, 47. E.Yeşilyurt, 90+2.

Beşiktaş – Alanyaspor 3:0
Qol
: C.Tosun, 11. Gezzal, 58. Nkudu, 85.

8 aprel

Dənizlispor – Kasımpaşa 1:1
Qol
: Rodalleqa, 87-pen – Varqa, 49.

Qaziantep – Başakşəhər 2:0
Qol
: Maksim, 32; 52.

Yeni Malatyaspor – Fənərbaxça 1:1
Qol
: Eskihellac, 35 – Valensiya, 17.

Bombardir: Aaron Bupendza (Hatayspor) – 18 qol.