Liderlə izləyicisi uduzdu, “Beşiktaş” qalib gəldi

Futbol üzrə Türkiyə Super Liqasında 32-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. İzmirin “Göztəpə” klubu Ankara təmsilçisi “Gənclərbirliyi”ni qəbul edib. Qonaqlar bu görüşdə inamlı qələbəyə seviniblər.

Avropa Liqasına vəsiqə qazanmaq üçün mübarizə aparan “Fənərbaxça” bu turda turnir cədvəlinin 3-cüsü “Sivasspor”la üz-üzə gəlib. İstanbul klubu bu görüşdə məğlubiyyətlə üzləşib. 7 oyun idi qələbəyə həsrət alan “Qalatasaray” isə “Ankaragücü”nün qonağı olub. Son çempion ardıcıl üçüncü məğlubiyyətini alıb.

Sonuncu oyun günündə beş qarşılaşma baş tutub. “Kasımpaşa” “Rizəspor”u məğlub yola salıbsa, “Kayserispor” – “Qaziantep” matçında qalib müəyyənləşməyib.

Lider “Başakşəhər” bu turda səfərdə “Konyaspor”un qonağı olub və bol qollu matçdan məğlubiyyətlə ayrılıb. “Trabzonspor” da “Dənizlispor”la qarşılaşmada oxşar aqibətlə üzləşib. “Yeni Malatyaspor”un qonağı olan “Beşiktaş” isə turu qələbə ilə başa vurub.

Türkiyə Super Liqası, 32-ci tur

11 iyul

Göztəpə – Gənclərbirliyi 1:3
Qol
: A.Öztürk, 90+1 – Sio, 33. Stanku, 45+2. Sessenyon, 75.

12 iyul

Ankaragücü – Qalatasaray 1:0
Qol
: Skarione, 62-pen.

Antalyaspor – Alanyaspor 1:0
Qol
: Yahoviç, 22.

Fənərbaxça – Sivasspor 1:2
Qol
: D.Turuç, 27 – Kone, 9-pen. E.Kılınç, 44.

13 iyul

Kasımpaşa – Rizəspor 2:0
Qol
: Hayradinoviç, 53. A.Koç, 78.

Kayserispor – Qaziantep 1:1
Qol
: Kravets, 90+2 – Maksim, 62.

Dənizlispor – Trabzonspor 2:1
Qol
: Saçko, 46. Estupinan, 84 – Ekuban, 14.

Konyaspor – Başakşəhər 4:3
Qol
: Miya, 20; 45+1. O.Şahiner, 27. Şkubiç, 85 – Vişça, 3-pen. D.Ba, 70. Elia, 77.

Yeni Malatyaspor – Beşiktaş 0:1
Qol
: C.Erkin, 51-pen.

Bombardir: Papis Sisse (Alanyaspor) – 22 qol.