“Fənərbaxça”ya bir qol bəs etdi

Futbol üzrə Türkiyə Super Liqasında 27-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma keçirilib. “Gənclərbirliyi” “Yeni Malatyaspor”la, “Konyaspor” isə “Qaziantep”lə qarşılaşıb. Hər iki oyun heç-heçə yekunlaşıb. “Beşiktaş”ın bu turdakı rəqibi “Dənizlispor” olub. İstanbul təmsilçisi doğma meydanda darmadağınla qalib gəlib.

Şənbə günü beş qarşılaşma baş tutub. “Hatayspor” doğma meydanda “Ankaragücü”nə böyük hesabla qalib gəlib. “Fatih Karagümrük” də “Alanyaspor”u məğlub yola salıb. “Antalyaspor” – “Başakşəhər” və “Rizəspor” – “Sivasspor” matçlarında qapılara qol vurulmayıb. Lider “Qalatasaray” isə “Ərzurumspor”u sınağa çəkib. İstanbul təmsilçisi bu oyundan inamlı qələbə ilə ayrılıb.

Turun mərkəzi görüşü Trabzonda keçirilib. Son turda doğma meydanda “Göztəpə”yə uduzan “Fənərbaxça” bu dəfə “Trabzonspor”un qonağı olub. İstanbul təmsilçisi bu görüşdən minimal hesabla qalib ayrılıb. “Göztəpə” də evdə “Kasımpaşa”nı minimal hesabla üstələyib.

Türkiyə Super Liqası, 27-ci tur

26 fevral

Gənclərbirliyi – Yeni Malatyaspor 1:1
Qol
: E.Özbir, 60-öz qapısına – Tetteh, 34.

Konyaspor – Qaziantep 0:0

Beşiktaş – Dənizlispor 3:0
Qol
: Larin, 22. Abubakar, 38. Lyayiç, 39.

27 fevral

Hatayspor – Ankaragücü 4:1
Qol
: Diuf, 45; 55-pen. Akintola, 65-pen; 74 – Borven, 16.

Fatih Karagümrük – Alanyaspor 2:0
Qol
: Ndao, 50. Borini, 88.

Antalyaspor – Başakşəhər 0:0

Rizəspor – Sivasspor 0:0

Qalatasaray – Ərzurumspor 2:0
Qol
: M.Məhəmməd, 38; 45.

28 fevral

Göztəpə – Kasımpaşa 1:0
Qol
: Ndiaye, 26.

Trabzonspor – Fənərbaxça 0:1
Qol
: Pelkas, 76.

Bombardir: Aaron Bupendza (Hatayspor) – 18 qol.