“Beşiktaş”dan darmadağın

Futbol üzrə Türkiyə Super Liqasında 25-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub. Açılış matçında “Rizəspor” “Ərzurumspor”u qəbul edib. Qonaqlar bu görüşdə inamlı qələbəyə seviniblər.

Ötən tur doğma meydanda “Qalatasaray”a uduzan “Fənərbaxça” bu dəfə çətin “Fatih Karagümrük” səfərinə yollanıb və qələbəyə sevinib.

“Trabzonspor” doğma meydanda “Qaziantep” üzərində minimalhesablı qələbəyə sebinib. “Kayserispor” – “Ankaragücü” görüşündə isə qapılara qol vurulmayıb.

Bazar günü daha dörd qarşılaşma baş tutub. “Hatayspor” – “Alanyaspor” görüşündə qapılara qol vurulmayıb. “Konyaspor” “Dənizlispor”la ev oyunundan qalib ayrılıb. Səfərdə “Göztəpə” ilə qarşılaşan “Başakşəhər” turu məğlubiyyətlə başa vurub. Lider “Qalatasaray” isə “Kasımpaşa” ilə ev oyununda çətin qələbəyə sevinib.

“Beşiktaş” isə “Gənclərbirliyi”nin qonağı olub və darmadağına sevinib.

Türkiyə Super Liqası, 25-ci tur

12 fevral

Rizəspor – Ərzurumspor 0:2
Qol
: Şaheşuhe, 67. O.Karakullukçu, 90+3.

13 fevral

Kayserispor – Ankaragücü 0:0

Trabzonspor – Qaziantep 1:0
Qol
: Bakasetas, 67.

Fatih Karagümrük – Fənərbaxça 1:2
Qol
: Borini, 67 – Tiam, 19. Valensia, 53.

14 fevral

Konyaspor – Dənizlispor 2:0
Qol
: A.Bardakçı, 52. Sekidika, 80.

Göztəpə – Başakşəhər 2:1
Qol
: S.Aydoğdu, 24. Jül, 53-pen – D.Türüç, 59.

Hatayspor – Alanyaspor 0:0

Qalatasaray – Kasımpaşa 2:1
Qol
: K.Aktürkoğlu, 9. M.Məhəmməd, 89-pen – Telin, 51.

15 fevral

Gənclərbirliyi – Beşiktaş 0:3
Qol
: Gezzal, 4. C.Tosun, 89; 90+3.

Antalyaspor – Yeni Malatyaspor 1:1
Qol
: Orgill, 6 – Orgill, 12-öz qapısına.

Bombardir: Aaron Bupendza (Hatayspor) – 17 qol.