“Trabzonspor”dan inamlı qələbə

Futbol üzrə Türkiyə Super Liqasında 24-cü tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma keçirilib. Açılış matçında “Kasımpaşa” “Hatayspor”u qəbul edib. Görüş qonaqların 4:1 hesablı qələbəsiylə başa çatıb. Son çempion “Başakşəhər” doğma meydanda “Fatih Karagümrük”ə uduzub.

Turun mərkəzi görüşü İstanbulda keçirilib. Qış transfer pəncərəsi dövründə heyətini Məsut Özillə gücləndirən lider “Fənərbaxça” doğma meydanda ən yaxın izləyicisi “Qalatasaray”ı qəbul edib. İstanbul derbisinin taleyini bir qol həll edəcək. “Qalatasaray” əzəli rəqibini minimal hesabla məğlub edib.

“Beşiktaş” bu turda “Konyaspor”la qarşılaşıb və minimal hesabla qalib gəlib.

“Ərzurumspor” – “Kayserispor” və “Dənizlispor” – “Antalyaspor” görüşlərində qalib müəyyənləşməyib. Səfərdə “Ankaragücü” ilə qarşılaşan “Sivasspor” isə darmadağına sevinib.

Son gündə “Qaziantep” “Göztəpə” üzərində inamlı qələbəyə sevinib. Səfərdə “Yeni Malatyaspor”la qarşılaşan “Trabzonspor” da turu qələbə ilə başa vurub.

Türkiyə Super Liqası, 24-cü tur

6 fevral

Kasımpaşa – Hatayspor 1:4
Qol:
Kize-Telin, 56 – Bupendza, 44. Aabid, 72. Çanli, 84. Kamara, 90+1.

Alanyaspor – Rizəspor 2:1
Qol:
Talbi, 25. Pektemek, 90+5 – Bareyro, 32.

Başakşəhər – Fatih Karagümrük 0:1
Qol:
Durmaz, 52.

Fənərbaxça – Qalatasaray 0:1
Qol:
Abdallah, 54.

7 fevral

Ərzurumspor – Kayserispor 1:1
Qol
: Şaheşuhe 28 – İ.Parlak, 73.

Ankaragücü – Sivasspor 1:4
Qol
: A.Oğuz, 66-öz qapısına – Qradel, 11-pen. Kayode, 48. E.Yeşilyurt, 69. Yatabare, 88.

Dənizlispor – Antalyaspor 1:1
Qol
: Rodalleqa, 14 – G.Bayrakdar, 73.

Beşiktaş – Konyaspor 1:0
Qol
: Rosier, 81.

8 fevral

Qaziantep – Göztəpə 2:0
Qol
: Djilobodji, 54. Miralyas, 76.

Yeni Malatyaspor – Trabzonspor 0:2
Qol
: Bakasetas, 50. Nvakaeme, 90+5.

Bombardir: Aaron Bupendza (Hatayspor) – 17 qol.