“Qalatasaray” səfərdən xalsız döndü

Futbol üzrə Türkiyə Super Liqasında 21-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, turun açılış matçında “Beşiktaş” doğma meydanda “Qaziantep”i qəbul edib və minimal hesabla qalib gəlib. Günün digər matçı “Yeni Malatyaspor”la “Göztəpə” arasında baş tutub. Üç qolun qeydə alındığı bu oyunda isə qonaqlar sevinən tərəf olub.

Şənbə günü daha dörd qarşılaşma baş tutub. “Adana Dəmirspor” – “Kayserispor” matçında qalib müəyyənləşməyib. “Fatih Karagümrük” isə “Rizəspor”u məğlub yola salıb.

Lider “Trabzonspor” “Sivasspor”la üz-üzə gəlib. Trabzon təmsilçisi səfərdən 1 xalla dönüb. “Fənərbaxça” da səfərdə “Antalyaspor”u sınağa çəkib. İstanbul təmsilçisi yeni baş məşqçisi İsmail Kartalın rəhbərliyi altındakı ilk matçından 1 xalla ayrılıb.

Baş məşqçi Fatih Terimlə yollarını ayıran və bu posta Domenek Torreni gətirən “Qalatasaray” bu turda “Hatayspor”un müqavimətini qırmağa çalışıb. Altı qolun qeydə alındığı oyun İstanbul təmsilçisinin məğlubiyyəti ilə başa çatıb.

Bu tur keçirilməli olan “Başakşəhər” – “Konyaspor” matçı qonaq komandanın futbolçusu Ahmet Çalıkın bir neçə gün əvvəl vəfat etməsi ilə əlaqədar təxirə salınıb.

Türkiyə Super Liqası, 21-ci tur

14 yanvar

Beşiktaş – Qaziantep 1:0
Qol
: Batşuayi, 67.

Yeni Malatyaspor – Göztəpə 1:2
Qol
: M.Eskihellac, 7 – B.Əmir, 15. Laurensi, 73.

15 yanvar

Adana Dəmirspor – Kayserispor 1:1
Qol
: Assombalonqa, 26 – K.Mane, 87.

Sivasspor – Trabzonspor 1:1
Qol
: L.Ceyms, 20 – A.Ömür, 24.

Fatih Karagümrük – Rizəspor 2:0
Qol
: A.Peşiç, 31. S.Dursun, 75.

Antalyaspor – Fənərbaxça 1:1
Qol
: D.Sinik, 81 – Sosa, 72.

16 yanvar

Altay – Alanyaspor 0:2
Qol
: E.Akbaba, 26. O.Aydın, 81.

Girəsunspor – Kasımpaşa 0:2
Qol
: Ben Uanes, 12. Haderqyonay, 65-pen.

Hatayspor – Qalatasaray 4:2
Qol
: M.Diuf, 43-pen. M.Kamara, 62. Lobjanidze, 79; 90+1 – E.Kılınc, 23. K.Aktürkoğlu, 45+8.

Bombardir: Aleksandar Peşiç (“Fatih Karagümrük”) – 11 qol.