“Fənərbaxça”dan darmadağın

Futbol üzrə Türkiyə Super Liqasında 21-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib. “Trabzonspor” “Gənclərbirliyi” ilə səfər oyunundan qalib ayrılıb. “Başakşəhər” isə “Rizəspor”la ev oyununda xal itkisi ilə üzləşib.

Bazar günü daha beş görüş baş tutub. “Konyaspor” – “Antalyaspor” matçında qapılara qol vurulmayıb. “Qaziantep” – “Hatayspor” görüşü də heç-heçə bitib. “Dənizlispor” evdə “Fatih Karagümrük”ə məğlub olub. Səfərdə “Yeni Malatyaspor”la qarşılaşan “Qalatasaray”a qələbə üçün bir qol bəs edib. Lider “Beşiktaş” isə “Göztəpə” ilə ev oyunundan qalib ayrılıb.

Sonuncu oyun günündə üç görüş baş tutub. “Kasımpaşa” “Sivasspor”u, “Alanyaspor” “Ankaragücü”nü məğlub yola salıb. “Fənərbaxça” isə “Kayserispor”la ev oyununda darmadağına sevinib.

Türkiyə Super Liqası, 21-ci tur

23 yanvar

Gənclərbirliyi – Trabzonspor 1:2
Qol
: Piris, 86-pen – Djanini, 36. Ekuban, 54.

Başakşəhər – Rizəspor 1:1
Qol
: Topal, 64 – Samu, 49-pen.

24 yanvar

Konyaspor – Antalyaspor 0:0

Dənizlispor – Fatih Karagümrük 1:2
Qol
: Diskerud, 88 – Borini, 44. Ndao, 78.

Yeni Malatyaspor – Qalatasaray 0:1
Qol
: Babel, 88.

Beşiktaş – Göztəpə 2:1
Qol
: Lyayiç, 49. Abubakar, 77 – Tripiç, 39.

Qaziantep – Hatayspor 1:1
Qol
: Cefferson, 30 – J.Morais, 90+8.

25 yanvar

Kasımpaşa – Sivasspor 2:0
Qol
: Hayradinoviç, 6. A.Kara, 17.

Alanyaspor – Ankaragücü 4:3
Qol
: S.Uçan, 38. Bakasetas, 54. Babakar, 62. Mubandje, 79 – Peyntsil, 3; 28. Badji, 65.

Fənərbaxça – Kayserispor 3:0
Qol
: Tian, 20. Samatta, 52. Sisse, 86.

Bombardir: Aaron Bupendza (Hatayspor) – 13 qol.