“Beşiktaş”dan darmadağın, “Fənərbaxça”dan xal itkisi

Futbol üzrə Türkiyə Super Liqasında 20-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma keçirilib. “Göztəpə” “Gənclərbirliyi” ilə, son çempion “Başakşəhər” “Kayserispor”la qarşılaşıb. Son turda “Antalyaspor” səfərində xal itirən “Trabzonspor” bu dəfə “Konyaspor”u sınağa çəkib. Bu oyunların hamısı meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

İkinci oyun günündə də üç görüş baş tutub. “Hatayspor” doğma meydanda “Yeni Malatyaspor”a məğlub olubsa, “Rizəspor” “Qaziantep”i darmadağınla yola salıb. “Qalatasaray” isə bu dəfə “Dənizlispor”la qarşılaşıb. İstanbul təmsilçisi bu görüşdə rəqibini biabırçı hesabla məğlub edib.

Lider “Beşiktaş” bu tur çərçivəsində səfərdə “Fatih Karagümrük”ün qonağı olub və darmadağına sevinib. “Fənərbaxça” isə “Sivasspor” səfərinə yollanıb. İstanbul təmsilçisi bu oyunda heç-heçəyə razılaşıb.

Türkiyə Super Liqası, 20-ci tur

19 yanvar

Göztəpə – Gənclərbirliyi 4:0
Qol
: Jul, 25. Ndiaye, 45. Akbunar, 45+1; 71.

Kayserispor – Başakşəhər 2:0
Qol
: Alibek, 42; 77.

Trabzonspor – Konyaspor 3:1
Qol
: Nvakaeme, 22. Flavio, 56. Djanini, 60 – Şengeliya, 88.

20 yanvar

Hatayspor – Yeni Malatyaspor 1:2
Qol
: Bupendza, 87 – Z.Yavru, 53. A.Büyük, 77-pen.

Rizəspor – Qaziantep 3:0
Qol
: Şkoda, 42; 56. Samu, 88-pen.

Qalatasaray – Dənizlispor 6:1
Qol
: E.Akbaba, 9. Fequli, 17. Donk, 45+1. M.Özkal, 60-öz qapısına. Belhanda, 64. Sekidika, 90+2 – Tuşa, 48.

21 yanvar

Ərzurumspor – Alanyaspor 1:1
Qol
: Bassan, 31 – Bakasetas, 58.

Fatih Karagümrük – Beşiktaş 1:4
Qol
: Borini, 78-pen – Abubakar, 44. Mensah, 50; 70. Larin, 66.

Ankaragücü – Kasımpaşa 1:0
Qol
: Floran, 16.

Sivasspor – Fənərbaxça 1:1
Qol
: Yatabare, 18 – Valensia, 45+1-pen.

Bombardir: Aaron Bupendza (Hatayspor) – 13 qol.