3 xalı 6 cavabsız qolla qazandılar

Futbol üzrə Türkiyə Super Liqasında 15-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib. Turun açılış matçında İzmirin “Göztəpə” klubu doğma meydanda “Fatih Karagümrük”ü qəbul edib. Bu oyunda qalib müəyyənləşməyib.

Turun mərkəzi görüşündə “Qalatasaray” səfərdə “Trabzonspor”la qarşılaşıb. İstanbul təmsilçisi bu oyundan inamlı qələbə ilə ayrılıb.

Bazar günü dörd qarşılaşma baş tutub. “Qaziantep” lider “Alanyaspor”u məğlub yola salıb. “Dənizlispor” evdə “Ankaragücü”nə, “Yeni Malatyaspor” “Ərzurumspor”a məğlub olub. Son çempion “Başakşəhər”in “Kasımpaşa” ilə ev oyununda isə qalib müəyyənləşməyib.

Sonuncu oyun gününə dörd qarşılaşma nəzərdə tutulsa da, onlardan biri güclü yağış səbəbindən təxirə salınıb. Bu üzdən də “Antalyaspor” – “Hatayspor” görüşü növbəti günə keçirilib.

“Konyaspor” – “Rizəspor” matçında qalib müəyyənləşməyib. “Gənclərbirliyi” “Kayserispor”la ev oyununda çətin qələbəyə sevinib. “Beşiktaş” isə bu tur çərçivəsində “Sivasspor”u qəbul edib və rəqibini darmadağınla yola salıb.

Məlum səbəblərdən turun qapanış matçında “Antalyaspor”la “Hatayspor” üz-üzə gəlib. Qonaqlar bu oyunda 6 cavabsız qolla qalib gəliblər.

Türkiyə Super Liqası, 15-ci tur

26 dekabr

Göztəpə – Fatih Karagümrük 1:1
Qol
: Ndiaye, 11 – Bilya, 77.

Trabzonspor – Qalatasaray 0:2
Qol
: A.Turan, 44. O.Çağlayan, 55.

27 dekabr

Qaziantep – Alanyaspor 3:1
Qol
: Diçko, 9. M.Demir, 30. Maksim, 61 – Davidson, 26.

Dənizlispor – Ankaragücü 1:2
Qol
: R.Niyaz, 80 – A.Cankaya, 21. Lukaşik, 45.

Yeni Malatyaspor – Ərzurumspor 1:3
Qol
: Akkua, 62 – Qomes, 44. Donald, 67. Obertan, 71.

Başakşəhər – Kasımpaşa 2:2
Qol
: Çadli, 27. Vişça, 90+2 – Y.Erdoğan, 36. Hodziç, 85.

28 dekabr

Konyaspor – Rizəspor 1:1
Qol
: Hacıahmetoviç, 7 – T.Torun, 65.

Gənclərbirliyi – Kayserispor 3:2
Qol
: Kandeyas, 39. B.Özdemir, 70. O.Çapar, 89-öz qapısına – Kanqa, 31. A.Kızıldağ, 55-öz qapısına.

Beşiktaş – Sivasspor 3:0
Qol
: G.Yalçın, 18. Larin, 84. O.Özyakup, 90+1.

29 dekabr

Antalyaspor – Hatayspor 0:6
Qol
: Bupendza, 8; 17; 21; 45+1. Akintola, 35. M.Aydın, 90.

Bombardir: Vensan Abubakar (Beşiktaş) – 8 qol.