“Sivasspor” Trabzondan 1 xalla döndü

Futbol üzrə Türkiyə Super Liqasında 11-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, turun açılış matçında “Beşiktaş” “Kasımpaşa”nı qəbul edib. Meydan sahibləri bu oyunda darmadağına seviniblər.

Şənbə günü daha beş qarşılaşma baş tutub. “Gənclərbirliyi” “Alanyaspor”u, “Konyaspor” “Ərzurumspor”u məğlub yola salıb. “Göztəpə” – “Kayserispor” və “Yeni Malatyaspor” – “Başakşəhər” matçlarında qalib müəyyənləşməyib. “Qalatasaray” isə “Hatayspor”la ev oyununda darmadağına sevinib.

Bazar günü “Fatih Karagümrük” doğma meydanda “Rizəspor”la, “Antalyaspor” isə “Ankaragücü” ilə oyundan qalib ayrılıb. Son turda İstanbul derbisində “Beşiktaş”a məğlub olan “Fənərbaxça” isə bu tur “Dənizlispor”la səfər oyununda inamlı qələbəyə sevinib.

“Qarabağ”ın Avropa Liqasındakı rəqiblərindən olan “Sivasspor” bu turda “Trabzonspor” səfərinə yollanıb. Tərəflər bu oyundan hərəyə 1 qol və 1 xalla ayrılıblar.

Türkiyə Super Liqası, 11-ci tur

4 dekabr

Beşiktaş – Kasımpaşa 3:0
Qol
: Mensah, 45+2. Hatçinson, 69. Abubakar, 75.

5 dekabr

Gənclərbirliyi – Alanyaspor 2:1
Qol
: B.Özdemir, 41. Kandeyas, 75 – Bakasetas, 83-pen.

Göztəpə – Kayserispor 1:1
Qol
: S.Aydoğdu, 86 – P.Enrike, 77.

Yeni Malatyaspor – Başakşəhər 1:1
Qol
: Ponk, 50-öz qapısına – Juliano, 45+1.

Konyaspor – Ərzurumspor 2:0
Qol
: U.Demirok, 14-pen. Hacıahmetoviç, 63.

Qalatasaray – Hatayspor 3:0
Qol
: Mbaye, 32. Pablo, 64-öz qapısına. K.Aktürkoğlu, 90+5.

6 dekabr

Fatih Karagümrük – Rizəspor 2:1
Qol
: Ndao, 15; 25 – Meriah, 20.

Antalyaspor – Ankaragücü 1:0
Qol
: Yahoviç, 45+4.

Dənizlispor – Fənərbaxça 0:2
Qol
: Sisse, 9. G.Gönül, 40.

7 dekabr

Trabzonspor – Sivasspor 1:1
Qol
: Ekuban, 45 – H.Arslan, 76.

Bombardir: Devidson (Alanyaspor), Lorik Remi (Rizəspor) – 6 qol.