“Qaziantep”dən səfər qələbəsi

Türkiyə Super Liqasında 10-cu tura yekun vurulub.

Komanda.az xəbər verir ki, açılış oyununda “Qalatasaray” “Rizəspor”la qarşılaşıb. Son çempion bu oyundan inamlı qələbə ilə ayrılıb.

Turnir cədvəlinin lideri “Alanyaspor” “Başakşəhər”i qəbul edib. Bu oyunda qapılara qol vurulmayıb. “Konyaspor” – “Gənclərbirliyi” matçı da heç-heçə yekunlaşıb. “Trabzonspor” evdə “Göztəpə”yə məğlub olub. “Beşiktaş” isə səfərdə “Antalyaspor” üzərində qələbəyə sevinib.

“Fənərbaxça” bu turda “Kayserispor” səfərinə yollanıb. İstanbul təmsilçisi bu görüşdən məğlubiyyətlə ayrılıb.

Sonuncu oyun günündə isə “Ankaragücü” doğma meydanda “Qaziantep”ə məğlub olub.

Türkiyə Super Liqası, 10-cu tur

1 noyabr

Qalatasaray – Rizəspor 2:0
Qol
: Talbi, 15-öz qapısına. Babel, 18.

2 noyabr

Konyaspor – Gənclərbirliyi 1:1
Qol
: Miya, 37 – Y.Pehlivan, 90+3.

Alanyaspor – Başakşəhər 0:0

Trabzonspor – Göztəpə 0:1
Qol
: Jerome, 31.

Antalyaspor – Beşiktaş 1:2
Qol
: Mukairu, 52 – Vida, 9. Dyabi, 11.

3 noyabr

Dənizlispor – Sivasspor 0:2
Qol
: H.Arslan, 40. Kone, 90.

Kasımpaşa – Yeni Malatyaspor 2:2
Qol
: Koita, 13. Xalili, 90+3 – Yahoviç, 61. V.Sarı, 68-öz qapısına.

Kayserispor – Fənərbaxça 1:0
Qol
: U.Bulut, 58.

4 noyabr

Ankaragücü – Qaziantep 1:2
Qol
: İ.Parlak, 67 – Tvumasi, 30-pen. Djilobodji, 90+3.

Bombardir: Papiss Sisse (Alanyaspor) – 9 qol.