Bu gün “Sumqayıt”la, sabah “Neftçi”ylə

Futbol üzrə Azərbaycan Premyer Liqasında 6-cı turun “Sabah”la oyununa hazırlaşan “Neftçi” yoxlama matçı keçirəcək.

Komanda.az xəbər verir ki, Füzuli Məmmədovun komandası “Türk Hava Yolları Futbol Mərkəzi”ndə “Qəbələ” ilə qarşılaşacaq. Oktyabrın 11-də keçiriləcək oyuna saat 15:00-da start veriləcək.

Qeyd edək ki, “Qəbələ” bu gün də yoxlama matçı keçirib. Elmar Baxşıyevin yetirmələri Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında “Sumqayıt”a 1:2 hesabıyla uduzub.

“Neftçi” – “Sabah” oyunu oktyabrın 18-də 8-ci km stadionunda keçiriləcək. Oyuna saat 14:00-da start veriləcək.