Azərbaycan millisi Niderlanda məğlub oldu

Bu gün qadın voleybolçular arasında Avropa olimpiya təsnifat turnirinə start verilib.

Komanda.az xəbər verir ki, Tokio-2020 Yay Olimpiya Oyunlarında Avropanı təmsil edəcək sonuncu komanda adına namizəd olan 8 yığma lisenziyanın sahibini müəyyənləşdirəcək.

Niderlandın Apeldorn şəhərində keçirilən turnirdə Azərbaycan millisi də iştirak edir. A qrupunda yer alan yığma komanda ilk matçında Niderlandla qarşılaşıb və məğlub olub. Qrupun digər matçında Polşa ilə Bolqarıstan milliləri üz-üzə gəlib. Bu görüş də polşalıların xeyrinə başa çatıb.

Voleybol, Avropa təsnifat turniri

A qrupu, 1-ci tur

7 yanvar

Niderland – Azərbaycan 3:0 (25:23, 25:18, 25:22)

Azərbaycan millisinin heyəti: 14. Kristina Yaqubova, 18. Şəfaqət Alışanova, 6. Ayşən Abduləzimova, 21. Kseniya Pavlenko, 22. Mariya Kirilyuk, 3. Anastasiya Qurbanova, 4. Nelli Salbişvili, 8. Yelizaveta Səmədova, 10. Nikalina Başnakova, 17. Polina Rəhimova, 20. Marqarita Əzizova, 16. Yuliya Kərimova, 19. Bəyaz Alıyeva.