Elxan Məmmədov UEFA-ya hesabat verdi

Bu gün Macarıstanın paytaxtı Budapeştdə UEFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

Komanda.az xəbər verir ki, AFFA-nın icraçı vitse-prezidenti, UEFA-nın Fair Play və Sosial Məsuliyyət Komitəsinin sədri Elxan Məmmədov videobağlantı vasitəsilə iclasa qoşularaq, rəhbərlik etdiyi komitənin fəaliyyəti barədə hesabat verib.